Əsas səhifə / Əsas menu / Gözəllik / Yaşınıza görə gözəlləşin
Bizi mobildən daha sürətli  izləyin

Yaşınıza görə gözəlləşin

j

Hər yaşın öz gözəlliyi olduğu kimi hər yaşın özünəməxsus qulluq tələbləri vardır.

Hansı yaşda nə etməli olduğunuzu bilsəniz, yaşlansanız belə mükəmməl bir cildə sahib ola bilərsiniz. Hər yaşda eyni qulluq edici vasitələrdən istifadə edilməsi düzgün deyil. Yaşınıza görə hansı tərkibli qulluq vasitələrindən istifadə etməli olduğunuza diqqət etməlisiniz. Hansı yaş periodunda, hansı tərkibli məhsullardan istifadə edilməli olduğunu qadınklubu.com sizlər üçün araşdırdı.

20 yaş

Dərinizin nəmli qalmasını təmin edəcək bir krem seçin. Yeni məhsulların bəzilərinin tərkibində sıxılmaya maneə törədən faktorlu maddələr var. ‘Spazmolitik’ deyilən bu maddələr, mimikaların meydana gətirdiyi qırışların diqqətə çarpan hala gəlməsini gecikdirir. Ağır kosmetikalar yerinə, üzərində gənclərə uyğun olduğuna dair qeydlər olan kremləri seçin. Yaşınızla əlaqədar olaraq, dərinizin xüsusilə ikinci təbəqəsi daha asan zərər görə bilir. Siqaret və turşulu içkilərdən uzaq olun. Antioksidanlarla dərinizi qoruyun.

30 yaş

Hüceyrə istehsalını artıran, retinol tərkibli kremlər istifadə etməlisiniz. Bu, dərinizə A vitamini dəstəyi verir və dərinizin daha parlaq və elastik bir görünüş qazanmasını təmin edər. Görünüşünüzdən razı deyilsinizsə, mütəxəssis bir həkimə botoksa ehtiyacınızın olub-olmamasını məsləhətləşməlisiniz.Günəşin çox şüalandırdığı saatlarda əsla uzun müddət çöldə qalmayın.

40 yaş

A, C, E vitaminləri ilə zəngin kremlər istifadə etməlisiniz. Soya istehlak etməyə çalışın. Melanin səviyyəsini sabitləyəcək məhsullar seçməyiniz lazımdır. Yağ və şəkərdən mümkün qədər az istifadə edin. Meyvə və tərəvəzlərdən daha çox istifadə edin. Gecə çox gec saatda yatmamağa diqqət edin. Mümkünsə, günorta saatlarında də özünüz üçün istirahət saatı təyin edin.

50 yaş

Hüceyrə və nəm tarazlığını təmin edəcək kremlərdən istifadə etməlisiniz. Yağ əsaslı məhsullar istifadə etməyin vaxtı gəldi. İstifadə edilən kremlərin uzun müddət öz təsirini davam etdirən formullara sahib olması da şərtdir. Baxımınızı tamamlamaq üçün kremlərin gücünü artıracaq serumlardan faydalanın. Çəkinizin sabit qalmasına diqqət edin. Belə olan halda dəri sallanmalarının diqqətə çarpmamasının qarşısını alacaqsınız. Gündə 1,5-2 litr su içməyə diqqət edin.