Əsas səhifə / Əsas menu / Gözəllik / Yaşınızdan gənc görünməyin 5 yolu
Bizi mobildən daha sürətli  izləyin

Yaşınızdan gənc görünməyin 5 yolu

b_420_0_16777215_0___images_stories_11111IYUL_yasdan_genc

Yaşınızdan gənc görünməyin 5 yolu

İllər ötdükcə hər kəsin yaşlanmaq, cazibədarlığını itirmək qorxusu bir az da çoxalır.
Yaşlanmağın təsirini gecikdirmək üçün xanımlar bahalı kremlər alır, zərdablardan və ya müxtəlif serumlardan istifadə edirlər. Amma yaşlılıq əlamətlərini həm makiyajla, həm də saç düzümü ilə gizlətmək mümkündür. Sizlərə yaşınızdan gənc görünməyin 5 yolunu təqdim edirik:

At quyruğu

At quyruğu saç modeli, qadını olduğundan gənc göstərmək kimi sehrli gücə malikdir. Saçlar tarım və möhkəm yığıldığı zaman göz kənarındakı xırda qırışlar azalır, gözlər daha yuxarıda görünür. Üz xətlərini dəyişdirən at quyruğu modeli, bu ilin ən dəbli saç modellərindəndir. Yay aylarında istidən boğulanda, yaxud hovuza və ya dənizə girəndə bu əlverişli saç düzümünü yığmaq məsləhətdir. Həm mövcud problemi həll edəcək, həm də daha gənc görünəcəksiniz.

Kontur üsulu ilə üzdəki qüsurları gizlədin

Aydınlaşdırıcı istifadə edərək üzünüzdə önə çıxarmaq istədiyiniz bölgələri vurğulayın. Bunun üçün almacıq sümüklərinə barmaq və ya düz bir fırça köməyi ilə konsiler çəkin. Bu zaman yanaqlar daha yuxarıda görünəcək. Eyni məhsulu göz kənarlarına da çəkdikdə gözlər daha parlaq və böyük görünəcək.

Gur qaşlar

Yaşlandıqca qaşlar da tökülməyə və seyrəlməyə başlayır. Seyrək qaşlar isə xanımları olduğundan daha yaşlı göstərir. Bunun üçün qaşları, qaş qələmi və ya qaş kölgəsi ilə doldurun. Qaş rənginə görə aldığınız kölgəni incə fırça köməyiylə qaşlara çəkin. Əgər qaşlarınız çox nazikdirsə, qaş qələmi ilə xətt çəkib içini qaş kölgəsi ilə doldurmalısınız. Bu şəkildə qaşlar daha gur və qalın görünəcək.

Parlaq dodaqlar

Parıltılı dodaq boyaları, balzam dodaqları nəmləndirir. Həm də sizi olduğunuzdan daha gənc və müasir göstərəcək.

Təravətli və parlaq dəri

Parıltılı dəri qadınları çox gənc göstərir. Bu məsələdə parlaq və nəmli tonal kremlər kömək edə bilər. Onlar sizi bir neçə yaş cavan göstərir. Tonal kremin üstündən çəkilən parıltılı pudra isə maksimum effekt verəcək.

Buna da baxın

Hər səhər bunu etsəniz, tez arıqlayacaqsınız

Whatsapp ilə PaylaşHər səhər bunu etsəniz, tez arıqlayacaqsınız Bizi əhatə edən hər şey, aldığımız nəfəs, …