Əsas səhifə / Əsas menu / Gözəllik / Yaşlı göstərən saç boyaları
Bizi mobildən daha sürətli  izləyin

Yaşlı göstərən saç boyaları

Yaşlı göstərən saç boyaları

Daimi olaraq eyni geyim, eyni tərz, gündəlik təkrarlanan işlər insanı yorduğu kimi daimi eyni saç rəngi, kəsimi də insanı yorur. Hər bir xanım daha gözəl, cazibədar və təbii ki, fərqli görünüş üçün daima axtarışdadır. Saç boyamaq xanımların ən çox sevdikləri və tez-tez istifadə etdikləri kosmetik vasitələrdəndir. Amma saç boyası seçimi olduqca çətindir. Başqasında görüb bəyəndiyimiz saç boyası bizim saçımızda da elə gözəl görünəcəkmi ya yox? Bu hər bir xanımı saç boyamamışdan əvvəl düşündürən sualdır. Elə isə səhv saç boyası istifadə etməməyiniz üçün sizi yaşlı göstərə biləcək saç boyaları ilə tanış olun.

Real olmayan saç boyaları

Real olmayan saç boyaları

Parlaq mavilər, neon çəhrayılar ya da digər real olmayan saç boyaları … Bu rənglər dəbdə ola bilər, amma bu rəngdən istifadə etməzdən əvvəl saçlarınızın sonrakı vəziyyəti haqqında mütləq düşünməlisiniz. Saçlarınızı bu rənglərə boyamamışdan əvvəl saç rənginiz tamamilə açılmalıdır. Bu saç boyaları yuyulduqca axır və tədricən açıq, boz tona çevriləməyə başlayır. Nəticədə bu saç rəngi sizin olduğunuzdan yaşlı görünməyinizəsəbəb ola bilər.

Qırıq uclar

Qırıq uclar

Saçlarınızın baxımsız olması və saç uclarında saçqıranların olmasısolğun bir saça görünüşünə sahib olmağınıza səbəb olacaqdır. Və təbii ki bu vəziyyət sizi daha yaşlı göstərəcək. Ona görə də saç kremleri və maskalarından müntəzəm istifadə etməyə çalışın. Eyni zamanda tez- tez saç uclarınızı kəsdirməyiniz məsləhətdir.

Saçları qapqara boyatmaq

Saçları qapqara boyatmaq

Tünd qara saç boyaları da yaşlı göstərən saç rənglərindəndir. Qara rəng saç toxumasını matlaşdırır və süni bir görünüşə səbəb olur. Yaşlı görünməyinizdən əlavə bu rəngə boyanmış saçlara qulluq və sonradan təbii saç rənginizə qayıtmağınız da xeyli çətin olacaq. Saçlarınızın qara olması üzdə, gözətrafı qırışların və eyni zamanda gözaltı torbaların daha çox nəzərə çarpdırmaqla sizə olduğunuzdan daha yaşlı bir görünüş qazandıracaqdır.

Sapsarı saçlar yaşlı göstərir

Sapsarı saçlar yaşlı göstərir

Yaşlandıqca dərinizdəki piqmentlər fəaliyyətini itirər və dəriniz solar. Platin sarısı saçlar daha da yaşlı görünmənizə səbəb olur. Üzüzu olduqca solğun göstərəcəyindən müntəzəm olaraq makiyaj etmək məcburiyyətində qalacaqsınız.

Real tondan uzaqlaşmaq

Real tondan uzaqlaşmaq

Saç ekspertləri, saçlarını tünd rəngə boyatmak istəyənlərə öz tonlarından iki ya da üç ton tünd rəngi seçmələri lazım olduğunu təklif edir. Əgər siz də saçlarınızı tünd rəngə boyamaq istəyirsinizsə, bu qaydası göz önünə gətirərək qərar verin. Əks təqdirdə həm yaşlı, həm də süni bir görünüşlə baş-başa qala bilərsiniz.

Saçlarınızı boyamaya qərar verdiyinizdə, seçdiyiniz rəngin dərinizlə və təbii saç tonunuzla uyğun olmasına diqqət edin. Təbii tonunuzdan nə qədər uzaqlaşsa o qədər süni bir göüntünün olacağını unutmayın. Əgər qarayanızsanız çox açıq tonlara üstünlük verməyin. Saçlarınız təbii sarı isə qara kimi həddindən artıq tünd tonlardan qaçın. Real saç rənginizdən çox uzaqlaşdığınızda saçlarınızın oksidanla açılması lazımdır və bu da saçınızın köhnəlməsinə səbəb olar. Üstəlik təbii saç rənginizə qayıtmağınız olduqca uzun zaman alacaq.

www.qadinklubu.com

Buna da baxın

Gün batımı saçlar – FOTOLAR

Whatsapp ilə PaylaşGün batımı saçlarla tanışmısınız? Fərqlənməyi sevən insanlar üçün ideal seçim olacaq. Qadinklubu.com Whatsapp …