Əsas səhifə / Əsas menu / Gözəllik / Yaşlılıq ləkələrindən necə xilas olaq?
Bizi mobildən daha sürətli  izləyin

Yaşlılıq ləkələrindən necə xilas olaq?

trrYaşlılıq ləkələrindən necə xilas olaq?

Yaşlılıq ləkələri üz, boyun, sinə, çiyinlər və əllərdə görülə bilər. Günəşə məruz qalma, yaşlanma, genetik, stress, hamiləlik, doğum idarə həbləri, vitamin əskikliyi və s səbəblər dəri ləkələrinin səbəbləri arasındadır.

Limon suyu

Ləkə olan yerlərə limon suyu sürtüb 20-30 dəqiqə gözlədib soyuq su ilə yuyun. Ayrıca limon suyu və gülsuyunu balla qarışdırıb ləkələrə sürtmək də təsirlidir.

Hind yağı

Bu yağ pigmentesyon görünüşü və ləkələri azaltmaqda istifadə edilə bilər.Dəri qabaqlayıcı, sakitləşdirici ekstraktları daxildir. Ləkə olan yerləri bu yağ ilə masaj edib bir neçə saat gözlədin.
Ləkələrdən xilas olmaq üçün, təbii hind yağını gündə 2 dəfə ləkələrə uyğulayın.

Zəfəran

2,3 yemək qaşığı noxudunu, çay qaşığı zeytun yağı, yarım çay qaşığı süd, yarım çay qaşığı zəfəran, limon və ya xiyar suyunu qarışdırıb maska konsistensiyasına gətirin. Dərinizdəki ləkələrə bunu sürtüb maska quruyana qədər gözləyin.İlıq su ilə durulayın. Həftədə bir və ya iki dəfə maskanı uyğulayın.

Alma sirkəsi

Alma sirkəsinə ölü dəri hüceyrələrdən xilas edən güclü alfa hidroksil turşuları daxildir və dərini təzə, sağlam hala gətirir.

Bir pambığa su ilə qarışdırdığınız alma sirkəsini sürtüb, ləkələrə tətbiq edin. 20-30 dəqiqə gözlədin, yuyun.

Xüsusilə günəş qaynaqlı ləkələrə olduqca təsirlidir.

Sandal ağacı

Bu bitki anti-yaşlanma və antiseptik xüsusiyyətlərə sahibdir. Hiperpigmentasyon və tünd ləkələri azaltmağa köməkçi olur.

2 yemək qaşığı sandal ağacı tozu, 2 ç qaşığı gülsuyu, 1 ç qaşığı qliserin və bir ç qaşığı limon suyu ilə xəmir hazırlayın.

Ləkəli yerə sürtün, 15 dəqiqə qalsın. Soyuq su ilə yaxalayın. Qəhvəyi ləkələr düzələnə qədər bir həftə boyunca bu qarışığı bir neçə dəfə tətbiq edin.


Buna da baxın

Qara nöqtələrə son

Whatsapp ilə PaylaşTərkibi: 2 x/qaşığı soda 2 damcı adaçayı yağı 1 limon Hazırlanması və tətbiqi: …