Əsas səhifə / Əsas menu / Sağlamlıq / Ümumi sağlamlıq / Yataq otağında bunları etmək olmaz – Diqqət!
Bizi mobildən daha sürətli  izləyin

Yataq otağında bunları etmək olmaz – Diqqət!

qadin yt (4)

Bir çox həkimlər normal yuxu vaxtının 6-8 saat arası olduğunu bildirlər. Bundan az, ya da çox yatan insanların sağlamlığında, psixoloji vəziyyətində problemlər yaranır və sinir sistemi pozulur.

Qeyd edilmiş yuxu saatından daha az yatan insanlarda depressiyaya, piylənməyə və diabedə meyillilik artır.

Yuxusuzluğun qarşısıalınmaz problemlərə yol aça biləcəyini deyən həkimlər, “Yuxu çox önəmlidir. İki gün ard-arda yuxusuz qalmaq ölümə bərabərdir. İki-üç gün yuxusuz qalmaq psixoloji problemlərlə, hətta ölümlə nəticələnə bilər”, – deyə bildirlər.

Az yatmaq kimi, çox yatmağın da orqanizmə ziyan var. Yuxu 10-12 saatdan sonra insanı rahatlaşdırmır. Yuxunun müddəti qədər keyfiyyəti də önəmlidir. Yaxşı yata bilmək üçün yataq təmizliyinə fikir verin. Xüsusilə axşam saatlarından sonra çay, qəhvə, enerjiverici içkilər qəbul etməyin. Yuxunuz gələn zaman ona qarşı dirənməyin, yatın. Bundan başqa yataq otağında televizor olmalı deyil. Yatmamışdan əvvəl dərin fəlsəfi kitaplar oxumayın. Yuxunuzu qaçıracaq əşyaları yataq otağında saxlamayın.

Mümkün qədər düz və rahat yataqda və qaranlıq otaqda yatmağın keyfiyyətli yuxu üçün vacib olduğunu unutmayın.

Buna da baxın

Yatağınızda 10 milyon mikrob var

Whatsapp ilə Paylaş  Xüsusilə ilıq və nəmli mühit sevən mikroblar , sağlamlığımız üçün təhlükəlidir. Əslində …