Əsas səhifə / Əsas menu / Praktika / Yataqdan qalxanda bunları etməyi unutmayın! – SİYAHI
Bizi mobildən daha sürətli  izləyin

Yataqdan qalxanda bunları etməyi unutmayın! – SİYAHI

oa

Yataqdan qalxanda bunları etməyi unutmayın! – SİYAHI

Səhər yuxudan ayılanda yaşamaq – sevmək, düşünmək, həyatdan zövq almaq üçün ikinci şans verildiyini düşünün. Gözlərinizi yeni günə açanda vacib işləri etsəniz, bütün gününüz müsbət əhvalda davam edəcək.

Hər səhər etməli olduqlarınızın siyahısını təqdim edirik:

Düşünün

Meditasiya, ya da sadəcə dərindən nəfəs alıb-vermə hərəkəti ilə günə rahatlıq hissi ilə başlaya bilərsiniz. Səhər oyanan kimi tez telefonu əlinizə alıb “Facebook”a, maillərə baxıb, zənglərə cavab verməkdənsə bu bir neçə dəqiqənizi sakitlikdə oturmağa ayırın.

Özünüzə təşəkkür edin

Əgər hərgünkü duanız “çox sağ ol” sözündən ibarət olarsa, xoşbəxtlik üçün bu, kifayət edər. Günə malik olduğunuz hər şey üçün təşəkkür etməklə başlayın. Bununla növbəti 24 saatda ən kiçik uğurlarınız üçün belə, özünüzə təşəkkür edəcəksiniz. Bu, gün ərzində yaranacaq problemlərə qarşı qərarlı, stabil dayanmanıza kömək edəcək.

Nə ilə məşğul olacağınızı qərarlaşdırın

Gündəlik planınızı nə qədər tez hazırlasanız, gününüz bir o qədər effektiv və məhsuldar keçəcək.

1 stəkan su için

Hər səhər yuxudan yenicə oyanan orqanizmimiz susuzladığından ilk iş olaraq su içməlisiniz. Dietoloqlar səhər tezdən gündəlik içməli olduğunuz suyun yarısını məhz səhər tezdən içməyi tövsiyə edir. Bu, gün ərzində peyda ola biləcək baş ağrısı riskini azaldacaq, orqanizmi toksinlərdən təmizləyəcək, aclıq hiss etmənizə kömək edəcək.

Bədəni möhkəmlədəcək hərəkətlər edin

Çox az hallarda əzələ və oynaq rahatlığı ilə oyanan insanlara rast gəlirik. Yuxudan oyanan əksər insanlar əzələ oynaqlarının tutulduğundan şikayət edir. Səhər edilən idman bədən elastikliyini artıracaq, qan dövranını yaxşılaşdıracaq, bədəni bürüyən gərginliyi azaldacaq.

Musiqi dinləyin

Səhərinizi musiqi dinləyərək açın. Bütün enerjinizi artıracaq. Musiqi dinləmək motivasiyanı yüksəldir. Özünüzü sevindirin.

Gülümsəyin

Yuxudan oyananda güzgüyə baxıb gülümsəməyi unutmayın. Hətta ən üzgün vaxtınızda belə, sizə müsbət təsir edəcək. Onu da unutmayın ki, uğurlu insanlar həmişə pozitiv əhval-ruhiyyədə olurlar.

Ətrafı yığışdırın

Çoxlarımız tənbəllikdən dolayı çıxardığımız paltarı hara gəldi tullayır, qabları bulaşıq halda axşama saxlayırıq. Ancaq vaxtında yığışdırsanız, evə gələndə hər yer təmiz və səliqəli olacaq. Sizə isə yalnız istirahət etmək qalacaq.

İlk növbədə ən çətin işi görün

Günün başlanğıcında ən çətin işinizi görməyi planlaşdırmısınızzsa, digər işlər yağ kimi gedəcək. Sonraya saxlayıb sürünməkdən də canınız qurtaracaq.

Buna da baxın

Xoşbəxtlik kiçik bir evdir!

Whatsapp ilə PaylaşXoşbəxtlik bəzən bir təbəssüm, böyük bir ev, var-dövlət, körpə qığıltısı, bəzən isə xəyallarınız …