Əsas səhifə / Manşet / Yatarkən belə arıqladan içki
Bizi mobildən daha sürətli  izləyin

Yatarkən belə arıqladan içki

yatarkən belə arıqladan içki

Artıq havaların isinməsi  ilə artıq çəkilərdən xilas olmaq da şərt oldu.  

Qadinklubu.com sizlərə türkiyəli Dr. Mehmet Özün təqdim etdiyi içkinin hazırlanma qaydasını təqdim edir.  Hansı ki, bu içki tərkibindəki yüksək miqdarda C vitamini olması səbəbi ilə maddələr mübadiləsini sürətləndirir  və yatarkən belə kilo verməyinizə kömək olur. Bu qarışığı hər yeməkdən əvvəl içmək lazımdır.

Tərkibi:

* 1 su stəkanı (250 ml) təzə qreypfrut şirəsi
* 2 yemək qaşığı alma sirkəsi
* 1 çay qaşığı bal (20 kalori) (şirinləşdirmək istəsəniz)

İstifadəsi:

C vitamini baxımından olduqca zəngin olan bu qarışıq xüsusilə məşq əsnasında daha sürətli yağ yandırılmasına köməkçi olur. Çünki edilən araşdırmalar kafi C vitamini səviyyəsinə sahib kəslərin, idman və məşq zamanı  yüzdə 30 daha çox kalori sərf etdiklərini göstərir. Digər tərəfdən sirkənin tərkibindəki sirkə turşusu bədəninizdəki yağ yandırmağı təmin edən genləri hərəkətə keçirir və maddələr mübadiləsini sürətləndirir. Əgər içki  turş olduğu üçün içə bilmirsinizsə, 1 qaşıq bal əlavə edə bilərsiniz.

Buna da baxın

Qarındakı artıq yağları əridən kokteyl

Whatsapp ilə PaylaşTərkibi: 1 banan 1 portağal 150 ml yağsız qatıq 1 ç/qaşığı kokos yağı …