Əsas səhifə / Əsas menu / Sağlamlıq / Yaxşı əti necə seçmək lazımdır? – MƏSLƏHƏTLƏR
Bizi mobildən daha sürətli  izləyin

Yaxşı əti necə seçmək lazımdır? – MƏSLƏHƏTLƏR

qer

1. Cavan heyvanın əti daha dadlı olur.

2. Yalnız təzə ət alın. Belə ət daha dadlı və faydalıdır, onun tərkibində olan bütün faydalı maddələr saxlanılır.
Dondurulmuş ət almayın – onun keyfiyyətli olub-olmadığını təyin etmək çətindir. Bundan əlavə dondurulmuş ət öz faydalı xüsusiyyətlərini qismən itirir.

3. Əti tanış, etibar qazanmış satıcılardan alın.

4. İlk növbədə ətin rənginə fikir vermək lazımdır. Yaxşı mal əti açıq qırmızı rəngdədir. Yaxşı qoyun əti mal ətindən bir az tünd olur.
Ətin rəngi tünd qırmızıdırsa, bu o deməkdir ki, heyvan qoca olub. Belə ətin dadı yaxşı olmur.

5. Ətin piyinə də fikir verin. Yaxşı mal ətinin piyi ağ rəngdə, qoyun ətinin krem rəngində olmalıdır. Qoca heyvanların piyi tünd sarı rəngdə olur.

6. Ətə əl vurun. Ət çox yumşaq, boş olmamalıdır, elastik olmalıdır.

7. Əti barmaqlarınızla sıxın. Əmələ gələn batıq dərhal düzəlməlidir.

8. Yaxşı ət quru olur, əllərə yapışmır, selikli olmur.

9. Ətin xoş iyi olmalıdır. Əlavə iylərin olması (turş və s.) yolverilməzdir.//sağlamolun.az

Buna da baxın

Potağal qabığının bilmədiyiniz faydaları

Whatsapp ilə Paylaş Portağalının  soyub ya yeyirik ya da şirəsindən istifadə etdikdən sonra qabıqlarını yararsız …