Əsas səhifə / Əsas menu / Gözəllik / Yay ayları üçün ayaqlara qulluq
Bizi mobildən daha sürətli  izləyin

Yay ayları üçün ayaqlara qulluq

h

Qalın corabları və çəkmələri bir kənara atmaq vaxtı gəlib çatıb. Bəs ayaqlarınız yaya hazırlamısınızmı?

Qışda corabların və qalın ayaqqabıların içində, sözün əsl mənasında günəş üzü görməyən ayaqlar üçün yayın gəlməsi ilə rahatlıq da gəlir.

Gözəl tərlikləri rahatlıqla geyinmək üçün yayda ayaqlara qulluq qaydalarını Qadınklubu.com təqdim edir.

Ayaqlarınızı nəmli saxlamayın

Əvvəlcə ayaqlarınızı soyuq su ilə yuyun. Sonra barmaq araları da daxil olmaq ayağınızı bir dəsmal ilə yaxşıca qurulayın. Ayaqlarınızı nəmli saxlamağınız göbələk xəstəliyinə səbəb olur.

Ölü dərilərdən xilas

İlk istəyiniz qışda ayaqlarınızda yığılan ölü dərilərdən xilas olmaqdır. Bunun üçün iki yemək qaşığı zeytun yağı ilə bir çay qaşığı əsmər şəkərini qarışdırın. Bu qarışığı həftədə bir dəfə olaraq istiadə etsəniz ayaqlarınızı ölü dərilərdən xilas edə bilərsiniz.

Daban daşından istifadə edin

Yaşadıgımız problemlərdən biri də ayaqlarımızın quru və çat olmasıdır. Bunun üçün daban daşından istifadə etmək lazımdır. İlıq suyun altında ayaqlarınızı daban daşı ilə masaj edə bilərsiniz.

Dırnaqlarınızı bəyaz rəngə çevirin

Əgər dırnaqlarınız soğan qabığı rəngindədirsə, çay sodası və bir diş fırçası ilə dırnaqlarınızı ağarda bilərsiniz.

Pis qoxulardan xilas olun

İsti yay günlərində ayaq qoxusu hərkəsin yaşadığı problemlərdəndir. İlıq suya 10 damcı lavanda yağı töküb, ayaqlarınızı da həmin suyun içinə salıb bir müddət gözləyin.

Buna da baxın

5 addımda yağlı saçlara son

Whatsapp ilə Paylaş Qadınların ən böyük problemlərindən biri də saçlarının tez yağlanmasıdır. Saç yağlanmalarının da …