Əsas səhifə / Əsas menu / Pəhriz / Yay aylarında qatığı necə yeməli?
Bizi mobildən daha sürətli  izləyin

Yay aylarında qatığı necə yeməli?

11Yay aylarında qatığı necə yeməli?

İdeal çəkidə qalmaq istəyənlərin ən yaxşı köməkçisi qatıqdır. Türkiyənin tanınmış diyetoloqlarından Nilay Keçəçi yay aylarında kökəlməmək üçün bol miqdarda qatıq yeməyi məsləhət görüb.

Diyetoloq bildirir ki, qatığı müxtəlif vasitələrlə dadlandırıb hər gün yemək olar:

“Qatıq yeməkdən bezdiyinizi bəhanə gətirərək bu faydalı qidadan uzaq durmayın. Qatığı həm sadə yemək olar, həm də içərisinə müxtəlif meyvələr və ya darçın, zəncəfil əlavə edərək dadlandırmaq olar. Qatıq əsl möcüzədir. O, həzm sisteminə yaxşı təsir edir. Qatığa bir az su əlavə edib ayran kimi içdikdə təzyiqi nizamlayır. İçərisinə xiyar, şüyüd doğrayıb doğramac kimi yedikdə susuzluğu aradan qaldırır, toxluq hissi verir”.

Nilay Keçəçi bildirir ki, qatıq eyni zamanda zülal qaynağıdır. Xüsusilə, yay aylarında idmandan sonra yedikdə əzələləri gücləndirir, yağların parçalanmasını təmin edir. Qatıq sinir sistemi və immunitet sistemi üçün də əvəzedilməz qidadır.

Diyetoloq qatığın şəkər xəstələri üçün əsl şəfa mənbəyi olduğunu vurğulayıb:

“Qatıq şəkər xəstələri üçün çox əhəmiyyətli bir qidadır. Belə ki, qandakı şəkəri nizamlayır. Toksinlərin atılmasına kömək edir. Qəbizliyə yaxşı təsir göstərir. Üstəlik, qarın bölgəsindəki yağların əriməsini sürətləndirir”.


Buna da baxın

Gözəllik, sağlıq və uşaqlarınız üçün soda

Whatsapp ilə Paylaş Arıqlamaq üçün, saçlarınız, dişləriniz, tər probleminiz, mədə probleminiz, burun tıxanıqlığı üçün, körpənizin …