Əsas səhifə / Əsas menu / Gözəllik / Yayda dəriyə qulluq qaydaları
Bizi mobildən daha sürətli  izləyin

Yayda dəriyə qulluq qaydaları

ui

Yayda dəriyə qulluq qaydaları

Yayda dəriyə yay meyvələri ilə qulluq etmək məsləhətdir. Yay meyvələri dəriyə arzuladığımız təbii gözəlliyi bəxş edəcək.

Moruq maskası:

Moruğun tərkibində bol miqdarda A vitamini var. A vitamini dərini yumşaldır və qüsursuz görüntü verir. Moruğu püre halına gətirin və təmiz dəriyə çəkin. 10-15 dəqiqə gözlədikdən sonra üzünüzü yuyun.

Gavalı maskası:

Gavalıdan hazırlanan maska üzü nəmləndirmək üçün ən yaxşı vasitədir. 2-3 gavalını qabığını soyun və püre halına gətirin. Gavalıya 1 yumurta ağını əlavə edib yaxşıca qarışdırın və üzünüzə çəkin. 20 dəqiqə sonra ilıq su ilə yaxalayın.

Çiyələk maskası:

Çiyələyi püre halına gələnə qədər əzin və üzünüzə çəkin. Əgər dəriniz qurudursa, pürenin içinə bir neçə damcı zeytun yağı və ya badam yağı əlavə edin. 10-15 dəqiqə gözlədikdən sonra üzünüzü ilıq su ilə yuyun. Bu maska çiyələyə qarşı allergiyası olanlara məsləhət görülmür.