Əsas səhifə / Əsas menu / Gözəllik / Yayda edilən makiyaj allergiyaya səbəb ola bilər
Bizi mobildən daha sürətli  izləyin

Yayda edilən makiyaj allergiyaya səbəb ola bilər

Xüsusilə keyfiyyətsiz məhsullarla edilən makiyaj yayda allergik reaksiyalara səbəb ola bilər.

Qadınklubu.com -un məlumatına görə yay aylarında  daha da diqqət tələb edən makiyaj mövzusunda mütəxəssislər xanımlara tövsiyələr verir. Onlar bildirirlər ki, isti havalarda aşağı keyfiyyətli məhsullardan istifadə makiyajın həm axma riski daşıdığını, həm də allergiyaya səbəb ola bilər. Bütün bunlara, xüsusilə hər gün makiyaj edən qadınların mütləq diqqət yetirməsi lazımdır. Məlumata görə, aşağı keyfiyyətli məhsullar ilə edilən makiyaj, məsamələrin tıxanması, ləkə, üzdə qırışların və allergiyanın yaranmasına səbəb olur.

Ağır makiyajdan qaçın

Mövzuyla əlaqədar makiyaj ustası, Hilal Sürət, yayda makiyaj edənlərə bir neçə məsləhət verib:

“Yay aylarında xanımlar ağır makiyajdan uzaq durmalı, yüngül tonlar dediyimiz, şaftalı və mis tonları seçim etməlidirlər. Ağır makiyaj xüsusilə, yada dərinin pis görünməsinə yol aça bilər. Bununla birlikdə qadınlar makiyaj edərkən aşağı keyfiyyətli məhsullardan da uzaq dayanmalıdırlar. Bu dövrlərdə watherproof (suya davamlı) makiyaj məhsulları seçilməlidir. Kirpik üçün tuş, göz layneri kimi bir çox makiyaj məhsullarının suya davamlı variantları mövcuddur.

Həmçinin makiyaj saxlayıcı sprey də, yenə yay aylarında istifadə edilə bilər. Qısacası istifadə edilən məhsulun keyfiyyəti artdıqca, makiyajın üzdə qalıcılığı da artır “.

Buna da baxın

Pas ləkəsinin təmizlənməsi

Whatsapp ilə Paylaş Pas ləkəsinin təmizlənməsi Evinizdə tez-tez rastlaşdığınız narahat edici hallardan biri də əşyaların …