Əsas səhifə / Manşet / Yayın ləzzətli badımcan salatı
Bizi mobildən daha sürətli  izləyin

Yayın ləzzətli badımcan salatı

Ərzaqlar:

1 kq. badımcan
3-4 ədəd acı bibər
1 stəkan qatıq
1 stəkan qoz
Sarımsaq
Duz

Hazırlanması:

• Badımcanlar və bibərlər yuyulur və közləmə aparatı ilə közlənir və yanmaması üçün tez-tez badımcanların hər üzü çevrilir.
• Yumşaldığını gördüyünüzdə, çıxardıb soyudun.
• Daha sonra badımcanlar iki yerə bölünür və bir qaşığın köməyi ilə içləri çıxardılır.
• Közlənən bibərlər ilə birlikdə mətbəx taxtasında iti bir bıçaqla kiçik-kiçik doğranır.
• Ayrı bir qabda da suyu süzülmüş 1 böyük stəkan qatıq, 3-4 diş sarımsaq, 1çay qaşığı duz, 1 stəkan iri əzilmiş qoz ilə qarışdırılır.
• Bu qarışığa badımcanlar da əlavə olunur və servis edilir.
• Üzərini bibər və qozla bəzəyə bilərsiniz.

Nuş olsun!