Əsas səhifə / Əsas menu / Gözəllik / Yaz üçün vitaminli maskalar
Bizi mobildən daha sürətli  izləyin

Yaz üçün vitaminli maskalar

yuuYaz üçün vitaminli maskalar

Qışın soyuğundan qurumuş üzün və məsamələri yığılmış dərinin vitaminə ehtiyacı var. Şaxtalı hava dərini qızardır və qurudur. Bəs görəsən quru dərini canlandırıb, vitaminlə necə qidalandırmaq olar?

Çiy balqabağı nazik doğrayıb, dilimləri makiyajsız üzə və boyuna düzün. Tərəvəzi götürdükdən sonra üzü çiy südlə silin. Bu maska dərini qidalandıraraq, onu təravətləndirəcək.

Kökü sürtgəcin narın gözündən keçirib, yumurtanın ağı ilə qarışdırıb, qarışığa 1 çay qaşığı zeytun yağı əlavə edin. Maskaya bir qədər nişasta əlavə edin ki, duru olmasın. Maska üzdə qırışları azaldıb, dəridə solyari effekti yaradacaq.
Kahını narın doğrayıb, üzərinə 1 xörək qaşığı zeytun yağı və bir neçə damcı limon şirəsi əlavə edin. Maska üzdə və boyunda olan sızanaqları aradan qaldırıb, dərinin tonusunu tənzimləyəcək.

Xəmir mayasını 1 xörək qaşığı 3 faizli hidrogen-peroksiddə həll edib, 2 xörək qaşığı südlə qarışdırıb, üzə maska edin. Qarışığı kağız salfetlə silib, üzü yüngülcə kirşanlamaq lazımdır. Maska ağardıcı təsir göstərib, ölmüş hüceyrələri bərpa edib, dərini gəncliyinə qaytaracaq.

Bananla südün qarışığı yazda qiymətli maskalardan biridir. Əgər dəri yağlıdırsa, qarışığa bir neçə damçı limon şirəsi əlavə edin. Maskanı süddə isladılmış pambıqla silmək məsləhətdir. Maska vitaminlə bol olub, dərini qidalandırıb, üzü hamarlaşdıracaq.

2 xörək qaşığı soğanın şirəsini eyni miqdarda balda həll edib, su vannasında qaynadıb, çilli yerlərə çəkmək, problemi aradan qaldırıb, dərini nəmləndirər.

Hər maska üzdə 20 dəqiqə qalmalıdır.