Əsas səhifə / Əsas menu / Sağlamlıq / Yemək zamanı deyil, 1 saat sonra su için
Bizi mobildən daha sürətli  izləyin

Yemək zamanı deyil, 1 saat sonra su için

sYemək zamanı deyil, 1 saat sonra su için

Hollivud ulduzlarının həmişə normal çəkidə görünməyinin xüsusi pəhriz sirrləri var. Əgər sizdə bu sirri öyrənmək istəyirsinizsə, o zaman verəcəyimiz məsləhətlərdən yararlanmağa çalışın.

Bu sehirli pəhriz üsulunun əsas keyfiyyətləri nələrdir? İlk olaraq maddələr mübadiləsinə mənfi təsir edən kafein və şəkərdən imtina edin. İlk üç gün yorğunluq və baş ağrısı hiss edəcəksiniz, amma qorxmaq lazım deyil. Çünki bu, orqanizmin təmizlənməsi ilə bağlıdır. Gün ərzində vaxt keçdikcə bədəninizin tempi yavaşlayacaq . Buna görə də insan bədəni günün ilk yarısında yediyi hər şeyi dərhal həzm edir. Ancaq daha sonra yeyilən qidaların həzmi çətinləşir. Odur ki, qidaların böyük hissəsi saat 12-yə qədər yeyilməlidir. Tərəvəz və meyvələr axşam deyil, gündüz yeyilməlidir. Şam yeməyində şorba, yüngül bişirilmiş balıq, ya da tərəvəzlərə üstünlük vermək daha faydalıdır. Təbii ki, ən mühüm şərt şam yeməyinin saat 18:00-dan gec olmamasıdır. Bu zaman ərzində, siz yatana qədər yeməyin həzm prosesi bitir. Çəki vermənin ən əhəmiyyətli xüsusiyyətlərindən biri də qidaların düzgün çeynənməsidir. Yeməyi nə qədər çox çeynəsəz, bir o qədər az yeyib tez doyacaqsınız. Çox çeynəmək beynə toxluq siqnalının çatdırmaqla yanaşı həm də yeməyin asan həzm edilməsinə imkan verir. Hər tikəni ağzınızda ən az 30-40 dəfə çeynəyin, tamamilə maye hala gəldikdən sonra udun. Yeməklə su içməyin. Səhər nahardan əvvəl bir stəkan ilıq su için. Gün ərzində 2-3 litr su içmək faydalıdır. Su yeməklə deyil, yemək aralarında içilməlidir. Yeməklə birlikdə su içmək həzmə kömək edən tüpürcəyin itməsinə səbəb olur. Çalışın yeməkdən 15 dəqiqə əvvəl və yeməkdən 1 saat sonra su için. Sudan başqa bitki çayı, meyvə suyu, və ya süd içə bilərsiniz. Çay və qəhvəni isə 14 gün ərzində tamamilə unudun. Şərab sevənlər isə sadəcə kiçik bir qədəh içə bilər.


Buna da baxın

Üzdəki ləkələri yox edən kartof maskası

Whatsapp ilə Paylaş Üzdəki ləkələr yayda daha çox özünü hiss etdirməyə başlayır. Qadinklubu.com xəbər verir …