Əsas səhifə / Əsas menu / Sağlamlıq / Yeməkdən sonra bunları etməyin
Bizi mobildən daha sürətli  izləyin

Yeməkdən sonra bunları etməyin

yeeeYeməkdən sonra bunları etməyin

Siqaret çəkmək

Yemək yedikdən sonra siqaret qətiyyən çəkməmək lazımdır. Çünki yeməkdən sonra çəkilən bir siqaret adi vaxtda çəkilənin 10 qatına bərabər vəziyyətə gəlir və bu sağlamlığınıza ciddi şəkildə ziyan verir. Xüsusilə siqaretin yol açdığı xərçəng riskini daha üst səviyyələrə çıxarır.

Çay içmək

Yeməkdən sonra bir çoxunun vərdiş aldığı, ilk iş çay içməkdir. Əslində yeməkdən sonra çay içmək heç də faydalı deyildir. Çay yarpaqlarında sıx miqdarda turşu olduğundan həzmi çətinləşdirir.

Yatmaq

Yeməkdə insan çox və ağır yeməklər yediyi zaman, insanın üzərinə ağırlıq çökür. Buda insanın özünü yorğun hiss etməsinə və yuxuya səbəb olur. Amma yeməkdən sonra dərhal yatmaq bağırsaqlara infeksiya tutulma riskini və qastrit əmələ gəlməsinə yol açır

Vanna etmək

Vanna etmək məlum olduğu kimi, əllərdə və ayaqlarda qan dövranını sürətləndirir. Yeməkdən dərhal sonra düş  qəbul edildikdə, əllərdə və ayaqlarda qan toplanır və mədə ətrafındakı qanın azalmasına səbəb olur. Buda qidaların həzm edilməsini çətinləşdirir.

Kəməri boşaltmaq

Yemək yeyərkən və ya yeməkdən sonra toxluq hissi insanda yarandıqda və qarın şişkinliyi meydana gəldikdən sonra, insanlar rahat həzm edilməsi ilə toqqalarını açmağa başlayırlar. Əslində yaxşı niyyətlə edilən bu proses nəticəsində bağırsaqların asan bir şəkildə dolaşıb qalmasına və ya zəifləməsinə səbəb ola bilir. Buna görə yemək yeyərkən mümkün qədər kəmərləri açmamaq lazımdır.

Meyvə yemək

Yemək yedikdən sonra edilən ən çox səhvlərdən biridə yeməkdən dərhal sonra meyvə yeməkdir. Yeməyin dərhal arxasından meyvə yemək, ürəyinizin çox hava alaraq şişməsinə yol aça bilər. Bu səbəbdən də mədə narahatlığı meydana gələ bilər.

Yürüş etmək

Yemək yedikdən sonra buraxılan səhvlərdən biri də  yeməkdən dərhal sonra yürüş etməkdir. Hatta xalq arasında yeməyin ardından 100 addım atmağın ömrü uzadır kimi məlumat vardır. Əslində heç də elə deyildir.Yeməkdən  sonra yürüş etmək, alınan qidaların həzm zamanı sorulmasını əngəlləyir.Yəni yürüş etmək yaxşı şey olsa da yeməkdən dərhal sonra etməmək lazımdır. Həzm prosesi bitdikdən sonra yürüş etmək sizə daha faydalı olacaq