Əsas səhifə / Manşet / Yeni doğulan körpənin çimizdirilməsi
Bizi mobildən daha sürətli  izləyin

Yeni doğulan körpənin çimizdirilməsi

Körpə baxımında ən əhəmiyyətli qisim körpənin çimizdirilməsidir. Duşa başlamazdan əvvəl otaq istiliyi və ehtiyac duyulan bütün ləvazimatlar  əvvəldən hazırlanmalıdır. Otağımızın istiliyi 22-26 dərəcə olaraq nizamlanmalı, körpənin duş suyu isə 37-38 dərəcə olaraq nizamlana bilər. Vanna suyunun temperaturu termometr ya da klassik üsulla dirsək ilə istiliyinə  nəzarət edilərək nizamlanmalıdır. Körpənin  duşu üçün ehtiyacımız olan vəsaitlər  ədyal, tulum, papaq, dəsmal, şampun, körpə yağı, bez, daraq və ya fırça. Bu vəsaitləri təmin etdikdən sonra körpəni  yavaş-yavaş soyundura  bilərik. Körpəni soyundurmağa alt hissədən başlayırıq. Üşüməməsi üçün bu əhəmiyyətlidir. Bu vaxt körpə ilə danışmaq və onu rahatlaşdırmaq lazımdır. Körpələr çılpaq olduqlarında narahat olur və qorxurlar. Hamam əvvəlində mümkünsə körpə qidalanmamalı  və ac olmalıdır. Körpəni yumağa bədənindən  başlayırıq. Başını isladmadan əvvəl bədənini,  qollarını və qıçlarını isladırıq. Sonra əlimizə aldığımız bir miqdar şampunu körpənin bədəninə, əllərinə və ayaqlarına yaxşıca ovaraq yayırıq. Daha sonra körpənin kürək hissəsini çeviririk. Kürək qisiminə da eyni tətbiqi etdikdən sonra körpəmizin bədənini  durulayırıq. Körpənin başı ən son yuyulacaq. Körpənin başına bir miqdar su tökürük. Bu zaman körpənin qulaqlarını barmaqlarınızla bağlayın ki, su getməsin. Su tökülərkən buna diqqət edilməlidir. Sonra başını şampun köməyiylə saçlarını yuyub durulayırıq. Yağı  körpənin bədəninə deyil, əlimizə alıb sonra körpənin bədəninə yayırıq. Boynuna və qoltuq altına  çəkirik. Üzünə çəkməyin. Kürəyini yağlarkən körpəni  üz üstü çevirə bilərik. Kiçik masaj hərəkətləri ilə kürəyinə və ayaqlarına yağı yedirdirik. Körpənin göz baxımını gündə bir dəfə qaynamış ilıq suyla etməliyik. Bunu pambıqla  və ya strelizə edilmiş tənziflə  edə bilərik. Tənzifi ilıq suya vurub gözünü içdən xaricə doğru çox sıxmadan silirik. Daha sonra  digər gözünü də eyni qayda ilə silirik.  Tənzifi barmağımıza sarıyaraq ilıq suya vurub körpənin ağız  boşluğunu və xarici qismini təmizləyirik.