Əsas səhifə / Manşet / Yeni ilə yeni qərarlarla girin – MƏSLƏHƏTLƏR
Bizi mobildən daha sürətli  izləyin

Yeni ilə yeni qərarlarla girin – MƏSLƏHƏTLƏR

Hər yeni il öncəsi qarşınıza müəyyən hədəflər qoyur, lakin həyata keçirmirsinizsə, Qadinklubu.com-dan sizə bir neçə məsləhət..

Yeni ilə yeni hədəflərlə girən hər 4 insandan 3-ü, bu hədəflərdən sadəcə ilk 3 ay sonra vaz keçirmiş. Mütəxəssislərə görə, buna səbəb, həmin adamların bundan əvvəlki illərdə də, qarşılarına qoyduqları hədəfləri həyata keçirməmələridir. Türkiyəli psixoloq Merve Saraçoğlu bildirib ki, bir neçə ipucuyla yeni ildən əvvəl qarşıya qoyunlan hədəfləri həyata keçirmək və davam etdirmək mümkündür. Bunun üçün:

Qərarlı olun

İstəməklə qərar verməyi bir-birinə qarışdırmayın. Əgər qərarınız qəti deyilsə, motivasiyanız da azalacaq. Hədəf müəyyənləşdirmək üçün qızıl qayda, qərar verməkdir. Məsələn, yeni ildə arıqlamaq istəyirsinizsə, bu mövzuda qərarlı olmalısınız.

Hiss edin və təsəvvürünüzə gətirin

Qərarınızı həyata keçirmək və motivasiyanızı artırmaq istəyirsinizsə, hədəfiniz reallaşanda necə hiss edəcəyinizi düşünün. Məsələn, yeni il üçün hədəflərinizdə, daha yaxşı bir iş tapmaq, işdə irəliyə getmək varsa, gözəl, rahat bir ofis xəyal edin. Hətta belə bir ofis şəklini hər gün görə biləcəyiniz bir yerə asın, ya da kompüter masanızda yerləşdirin.

Realist olun

Hədəfiniz xəyallarınız qədər uzaq olmasın. Məqsədinizə kiçik addımlarla, xəyalınıza isə kiçik addımları birləşdirərək çata bilərsiniz. Məsələn, heç bir münasibətiniz yoxdursa, evlənmək yerinə, əvvəlcə ciddi bir münasibət qurmağı qərara almalısınız.

Keçmişinizi düşünməyin

Keçmişdə ilişib qalmayın. Keçmişi xatırladan hər şey, sizi gələcəyə irəliləməkdən yayındıracaq. Bunun əvəzinə, əvvəl etdiyiniz səhvləri nəzərdən keçirin, hətta bir dəftərə qeyd edib, bir daha təkrarlamağa çalışın.

Yeni addımlar atmaqdan qorxmayın

Psixoloji vəziyyətiniz və içində olduğunuz mühit nə olursa olsun, yeni addımlar atmaqdan, özünüzü inkişaf etdirməkdən çəkinməyin. Çünki həyata keçirdiyiniz hər hədəf növbəti hədəf üçün motivasiya olacaq.

 

Buna da baxın

Sevgilinizə ala biləcəyiniz 5 yeni il hədiyyəsi

Whatsapp ilə Paylaş Yeni il yaxınlaşır. Sevgilinizə hədiyyə almaq üçün tələsir, amma nə alacağınızı bilmirsinizsə, …