Əsas səhifə / Əsas menu / Gözəllik / Yeni il axşamı üçün ən gözəl seçim-TƏBİİ MAKİYAJ
Bizi mobildən daha sürətli  izləyin

Yeni il axşamı üçün ən gözəl seçim-TƏBİİ MAKİYAJ

1443425715_publika.az1443418743esasss11219116_632337160240782_6192274227818081653_n

Təbii tonlarda makiyaj etməyin bir çox üstünlüyü vardır. Yaşınızı gənc göstərən təbii makiyaj tonları eyni zamanda üz cizgilərinizin və göz rənginizin daha diqqətə çarpan olmasına şərair yaradır. Rəng qarışıqlığından təmizlənmiş bir makiyaj sizi daha gözəl və təbii göstərir.

Təbii tonlarda makiyaj etməyin başlıca  şərti göz kölgəsi rənglərinin diqqəti cəlb etməyən açıq  tonlarda seçilməsidir. Pastel tonlar göz şəklini və rəngini bağlayarkən sümük rəngi, açıq qəhvəyi tonları və boz kimi göz kölgəsi  rəngləri təbii tonlarda makiyaj etmək üçün uyğun tonlar arasındadır. Dəriniz problemlidirsə  tək qat bir tonal krem ​​tətbiq edərək, daha hamar cə təmiz  bir üz dərisinə  sahib ola bilərsiniz.  Tonal kremi üzünüzə barmaqlarınızla tətbiq edərək, tək rəng bir dəri əldə edə bilərsiniz.

Təbii tonlarda makiyaj edərkən təbii rəngli  dodaq boyasından istifadə etməlisiniz. Bu rəng pomadalar dodaq rənginizə çox yaxındır. Dodaqlarda həddindən artıq diqqət çəkən rənglərdən istifadə etməməlisiniz. Təbii makiyajın əsas şərti dodaqların diqqət mərkəzində olmamasıdır. Təbii makiyaj üçün ideal tuş rəngi qəhvə rəngli tuşlarıdır. Qəhvə rəngli tuş kirpiklərinizi daha da təbii göstərəcəkdir.   Göz altına xəfifcə çəkilən ağ karandaş daha cazibədar baxışlar qara karandaş kimi kəskin bir xətt formalaşdırmayacaq.