Əsas səhifə / Əsas menu / Gözəllik / Yeni il axşamı üçün 7 ən yaxşı saç modeli
Bizi mobildən daha sürətli  izləyin

Yeni il axşamı üçün 7 ən yaxşı saç modeli

h

Yeni ilin yaxınlaşan zaman qadınları təlaş bürüyür.

Çünki hər xanım saçı, makiyajı, libası, ilə getdikləri yerdə diqqət mərkəzində olmaq istəyir.

Bəli, xanımlar. Bir-birindən təravətli və gözəl qadınların olduğu yeni il axşamına hazırsınızmı? Hər qadının böyük rəqabət içində olacağı əyləncə məkanları bu il də sizləri gözləyir. Gecənin ən gözəl və diqqət mərkəzində olmaq istəyirsinizsə paltar, ayaqqabı, çanta, saç, makiyaj kimi hazırlıqlara indidən başlamağınız məsləhətdir. Xüsuisilə də saçlar. Bütün qadınları bir-birindən ayıran ən vacib aksessuar saçlardır. Yeni il gecəsi geyinəcəyiniz paltara və gedəcəyiniz məkana görə ən ideal saç modelini seçməli və tərzinizə yansıdaraq bütün gözləri özünüzə cəlb etməlisiniz.

Qadinklubu.com olaraq yeni il axşamı üçün sizə ilham verəcək 7 saç modelini təqdim edirik…

Əlbəttə, toppuz yığılmış saçlar ziyafətlərin üçün ən ideal saç düzümlərindən biridir. Ancaq toppuz deyib keçməmək lazımdır. Saç ustalarının min bir toppuz modeli var. Sizin işiniz isə həmin gecədə hansı modeli seçməyinizdir. Seçdiyiniz saç düzümündə diqqət etməli olduğunu bəzi məqamlar var. Toppuz modeli üzünüzün formasına, geyinəcəyiniz libasa uyğun olmalıdır.

Dağınıq toppuz modelləri daha hərkətli və idman tərzində olmağı sevən qadınların seçimidir. Belə qadınların geyindikləri libaslarda da idman stilininin kiçik detallarına rast gəlmək olur. Saçlarında da bu tərzi yansıtmaq istəyənlər üçün həfif dağınıq toplanmış bir toppuz daha ideal bir seçim ola bilər.

Toppuzun bir çox modeli var. Bəzən toppuzlar yandan yığılır. Yan toppuzlarda yenə həfif bir rahatlıq və dağınıqlıq ola bilər. Xüsusilə tək çiyinli bir paltar geyinməyi planlaşdırmısınıza açıq olan çiyinə düşürülmüş bir toppuz sizin üçün mükəmməl bir seçim ola bilər.

Hörüklü saç modelləri son dövrlərdə dəbdədir və ziyafət libasları ilə də uyğunluq təşkil edir. Müxtəlif hörük modelləri yığılan toppuzlar yeni il axşamı üçün sizə məsləhət verəcəyimiz ən yaxşı modellərdən biridir.

Bəzi qadınlar klassik toppuzlardan ayrıla bilmir. Öndən çox havalı olan bu modellər qadınlara həqiqətən də çox yaraşaraq üzün və makiyajın gözəlliyini daha çox bəlli edir.
At quyrğu saç modelləri bəzi qadınlar üçün həqiqətən də əvəzedilməzdir. Üzü balaca və alnı çox geniş olmayan qadınlara çox yaraşır. Eyni zamanda ziyafət paltarlarını tamamlayan ən ideal saç modellərdən biridir. Yeni il axşamında daha çox əylənmək istəyirsinizsə at quyruğu saç modeli ideal bir seçim ola bilər.

Maşa ilə formasını almış və arxadan fəqli tərzdə yığılmış saçlar həqiqətən də saç utasında saatlarla vaxt keçirdiyimiz göstərir. İri dalğa maaşlarla bütün saçı həcmli etmək və ardınca kiçik toxunuşlarla arxada yığmaq saçları havalı götərəcək. Yeni il axşamınun ulduzu olmaq istəyirsinizsə, siz də bu modeli sınaya bilərsiniz.

Buna da baxın

Maddələr mübadiləsini sürətləndirən çay

Whatsapp ilə Paylaş  Kosmetoloq, mütəxəssis Pervin Bulgak bədəni yağlardan təmizləyən çayların reseptini hazırlayıb. Qadinklubu.com maddələr …