Əsas səhifə / Əsas menu / Dəb / Yeni il axşamı üçün saç modelləri
Bizi mobildən daha sürətli  izləyin

Yeni il axşamı üçün saç modelləri

foto1Blake Liveli – 70-ci illərin dəbi

İri təbii dalğalar və arxada toplanmış saçlar. Bu mövsüm 70-ləri xatırladan saçlar dəbdədir. Bu saç modeli çox təbii görünəcək və gözəlliyinizi ortaya çıxaracaq. Hər saç rəngi üçün uyğun olan bu modeli, xüsusilə, çiyni açıq paltarlar və yaxasında heç nə olmayan bluzlar ilə geyinə bilərsiniz.

 

 

 

 

 

foto 2

Rosie Huntinqton Vhiteley  – Təbii dalğalar

Bu ilin ən populyar saçlarından biri Rosie Huntingtonun çiyinlərinə qədər olan təbii dalğaları olub. Əgər saçlarınız çiyninə qədər və dağınıq dalğadırsa, həm təbii, həm də cəlbedici olan bu model kimi edə bilərsiniz. Hər məkana uyğun olduğu kimi, hər cür paltarla da uyğun olan təbii dalağalar və iddialı bir makiyajla daha da gözəl görünə bilərsiniz.

 

 

 

 

foto 3

Kendall Jenner – Təbii topuz

Təbii saçlardan bəhs etmişkən, Kendall Jennerin məşhur modellərindən təbii topuzu da qeyd etməliyik. Qırmızı xalça üzərində tez-tez rast gəldiyimiz bu model həm saç yığılması, həm də olduqca təbii və cəlbedicidir. Heç bir əmək sərf etmədən zövqlü göstərən təbii dağınıq topuzlar ziyafət və sadə libasalara da ayrı bir gözəllik qatır.

 

 

 

 

foto5

Nataşa Poly – İri buruqlar

Həm zərif, həm də iddialı bir saç istəyirsinizsə, Nataşa Polinin yandan ayrılmış iri buruqları axtardığınız modeldir. Həm sadə bir paltar, həm də cəlbedici bir paltarı gözəl göstərən iri buruqlar  qırmızı xalçada bir çox məşhurların seçimidir. Meqan Foks, Amanda Seyfreyd, Kara Delevinqn, Ceika Alba kimi məşhurlar  yandan ayrılmış iri buruqlar ilə qırmızı xalça üzərində daha gözəl görünürlər. Bu saç modeli ilə təbii göstərən makiyaj daha yaxşı olar.

 

 

 

foto6

Cenna Dian Tatum – At quyruğu

Olduqca sadə və yığılması asan olan bu model qırmızı xalça üzərində ən çox bəyənilənlərdəndir. Gözəl libas ilə saçlarınızı ortadan və ya yandan ayıraraq yığa bilərsiniz. Quyruqlu eyeliner və canlı tonlarla olan dodaq boyası da saçlarla uyğun olacaq.

 

 

 

 

foto 17

Cici Hadid – Yapışıq düz saçlar

İslanmış kimi görünən bir-birinə yapışmış düz saçlar olduqca çox dəbdədir. Cici Hadid bu saç modelini çox sevən xanımlardandır. Siz də yeni il axşamında gözəl görünmək istəyirsinizsə, saçlarınızda bu təbii modeli istifadə edərək, təbii və zövqlü görünə bilərsiniz.

 

 

 

 

foto7

Çiara Ferracni – Yarım topuz

Mövsümün  hit modeli olan yarım topuz, digər adı ilə hun toppuzu desək, heç də şişirtmiş olmarıq. Məşhurlar bu əyləncəli modeli çox sevir. Moda bloggeri Çiara Ferracni xüsusilə  moda dəfilələrinə gedərkən, bu saç modelini istifadə edir. Sienna Miller, Cenifer Lopez, Eşli Olsen və Keyt Mara bu modeli sevən məşhurlardan sayılır. Günlük istifadə də həmçinin qırmızı xalça üzərində seçilən bu modelin saç düzümünü siz də yeni il axşamı sınaya bilərsiniz.

 

 
foto9

foto10

foto12

foto13

foto14

foto15

foto 8

Buna da baxın

Pendir vərdiş yaradır

Whatsapp ilə Paylaş Aparılan araşdırmalar zamanı süfrələrimizdən əskik olmayan pendirin qəribə özəlliyi ortaya çıxıb. Qadinklubu.com …