Əsas səhifə / Manşet / Yeni il süfrəsi necə olmalıdır?!
Bizi mobildən daha sürətli  izləyin

Yeni il süfrəsi necə olmalıdır?!

yeni il süfrəsi necə olmalıdır

Yeni il… Yeni arzular… Yeni ümidlər…

Yeni il axşamı bütün evlərdə bayram abu-havası hökm sürür. Bahalı və rəngarəng hədiyyələr,  bəzədilmiş küknar ağacları, dadlı təamlarla bəzədilmiş süfrə və təbii ki, xoş arzular və sevgi dolu ünsiyyət yeni il axşamı evlərin hakimidir.  Bu günü necə qeyd etsən, həmin il də məhz o cür keçər deyiblər.  Məhz bu səbəbdən yeni il süfrəsinin zənginliyinə xüsusi əhəmiyyət verilir.

Yeni il axşamı süfrənin bəzədilməsində dadlı təamların hazırlanmasından əlavə həm də təqdimatı əhəmiyyətlidir. Süfrənizin bəzədilməsində istifadə edəcəyiniz, rənglər və yeməklərin bəzədilərək fərqli təqdimatı süfrənizi füsunkar edəcək. Belə ki, yeni il süfrəsi hazırlayarkən mütləq yeni əhval-ruhiyyəsi aşılayacaq rənglərə üstünlük vermək lazımdır. Qırmızı, qızılı və əlvan tonlarla bəzədilmiş süfrə eynilə yeni ilin simvolu olan küknar ağacı qədər göz oxşamalıdır.  Yeni il axşamı bir-birindən dadlı milli mətbəximizin təamları ilə bəzədilən süfrədə, eyni zamanda dadlı içkilər, şirniyyatlar salatlar da istifadə edilir

Bəs dünya ölkələri necə yeni süfrəsini hazırlayır?  Qadinklubu com bir neçə ölkənin yeni süfrə bəzəməsi və inanclarını araşdırdı.

Finlandiyada yeni il süfrəsində gavalı kiseli və düyü sıyığı mütləq olmalıdır.

Rusiyada Yeni il süfrəsinə salatlar, piroqlar, müxtəlif işkilər qoyulur. Yeni il süfrəsinin bolluğu həmin ilin ruzili olmasından xəbər verir. Xəmirdən müxtəlif heyvan fiqurları hazırlayaraq gələn qonaqlara paylanılır. Eyni zamanda süfrəyə qızardılmış donuz  balası qoyulur. Ruslar donuzu ruzi-bərəkət simvolu kimi qiymətləndirirlər. Amma quş ətindən hazırlanan heç bir yeməkdən istifadə olunmur. Çünki, quş ətinin evdən xoşbəxtliyi uçurar deyə inancları vardır.

Macarıstanda da yeni il süfrəsinə qaz, ördək və toyuq qoymurlar. Ruslar kimi macarlar da quşdan hazırlanan yemək evdən səadəti uçurur.

Almaniyada isə yeni il süfrəsi xüsusilə maraqlıdır. Belə ki, yeni il axşamı süfrəyə 12 ədəd soğan qoyulur. Bu soğanlar yemək üçün deyil, ilin proqnozunu müəyyənləşdirmək məqsədi daşıyır.  Soğanların alt qismini kəsilərək duz səpilir. Saat 12-ni göstərdiyində soğanlara baxırlar. Hansı soğan duzu həll edərək çəkibsə, həmin aylar yağmurlu, qalan aylar isə quraqlıq olacaq.

Kubada yeni il axşamı saat 12-ə 12 saniyə qalmış 12 üzüm yeməyə çalışırlar. Bu isə o deməkdir ki, ilin 12 ayı üzüm kimi şirin olacaq.

Ruminiyada isə tərkibində surprizli hədiyyələr olan kökələr bişirirlər. Pul, üzük və acı istiot. Kimin bəxtinə nə çıxsa o il onu bənzər hadisələr izləyər inancına inanılır. Belə ki, əgər bəxtinə istiot çıxıbsa həmin il acı günlərin uzaq olması üçün ehtiyatla davranmaq lazımdır.

 

Buna da baxın

Sevgilinizə ala biləcəyiniz 5 yeni il hədiyyəsi

Whatsapp ilə Paylaş Yeni il yaxınlaşır. Sevgilinizə hədiyyə almaq üçün tələsir, amma nə alacağınızı bilmirsinizsə, …