Əsas səhifə / Manşet / Yeni il təamı-sobada hinduşka
Bizi mobildən daha sürətli  izləyin

Yeni il təamı-sobada hinduşka

Azərbaycanda yeni ildə çox  rast gəlinməsə də, avropa ölkələrində bu təamdan yeni il süfrələrində istifadə edilməkdədir. Yeni il və xüsusi günlərdə süfrələrinizin ləziz təamlarından biri kimi sobada hinduşka qızartması əla seçimdir. Əgər sobada hinduşka hazırlamaq istəyirsinizsə, qadinklubu.com-un təqdim etdiyi reseptdən faydalana bilərsiniz.

Tərkibi:

  • 1 bütün hinduşka (6 kq)
  • 1/2 çay stəkanı zeytun  yağı
  • 4 yemək qaşığı kərə yağı
  • 3 yemək qaşığı toyuq bulyonu
  • 2 yemək qaşığı quru cəfəri
  • 1 bütün quru soğan (və arzuya görə kartof və kök hissələri)
  • Rəndələnmiş limon və portağal qabığı
  • 1 çay qaşığı kəklik otu
  • Duz, qara bibər

Hazırlanması:

Sobada hinduşka hazırlamaq üçün əvvəlcə soba 180 dərəcəyə müəyyən edilir. Bütün hinduşka yuyulur, içi təmizlənir (amma dərisi üzərində qalır) və böyük bir soba sinisinə və ya dərin bir tavaya qoyulur.

Döş əti üzərindəki dərisi yüngül ayrılır, dərinin altına iki sinənin üzərinə iki qaşıq kərə yağı qoyular. Bu sinə ətinin yumşaq olmasını təmin edər.

Hinduşkanın içərisinə bütün soğan qoyulur, istəsəniz kartof və kök hissələri də qoyulur. Zövqə görə yarım portağal və limon da əlavə edə bilərsiniz.

Ayrı bir qabda  toyuq bulyonu, quru cəfəri, kəklikotu, kərə yağı, duz, istiot,  rəndələnmiş portaqal və limon qabıqları  qarışdırılaraq krem halına gətirilir. Daha sonra hinduşkanın  dərisinin altına yayılır. Dərinin yırtılmamasına diqqət edin.  Son olaraq üzərinə zeytun yağı gəzdirilir. Yağın hər tərəfinə yaxşı yayılmasını təmin etmək lazımdır.

Soba termometri hinduşkanın döş ətinə sancılır. Daha sonra ayaqlarını iplə bağlayaraq, perqament kağızı ilə bağlanır və təxminən 3-3.5 saat sobada bişirilir. Sonra perqament çıxarılır, Üzəri yaxşıca qızarana qədər, üzəri açıq olaraq 45-60 dəqiqə daha bişir. Soba termometri ətin daxili istiliyi ən az 80 dərəcə olduğunu göstərdiyində  hinduşka bişmişdir.

Nuş olsun!

Buna da baxın

Qaş uzatmaq üçün sadə formul

Whatsapp ilə Paylaş Zülal bildiyiniz kimi saçların uzanması üçün çox əhəmiyyətlidir. Bunlardan A B3. C və …