Əsas səhifə / Əsas menu / Ailə / Yeni ildə münasibətinizi yeniləyin
Bizi mobildən daha sürətli  izləyin

Yeni ildə münasibətinizi yeniləyin

yeni ildə münasibətinizi yeniləyin

Hər sahədə olduğu  kimi ailədə və münasibətlərdə də yeniliyə ehtiyac vardır. Ona görə də yeni ili bir fürsət olaraq dəyərləndirə bilərsiniz. Mütəxəssislərə görə köhnə ildə yaşanan problemləri unudaraq yeni planlar qurmaq, ailə üçün yeni ildə ən yaxşı seçim ola bilər.

Üsküdar Universitetinin  NPİSTANBUL Xəstəxanasının mütəxəssis psixoloqu Çiğdem Demirsoy yeni ildə ailələrdə və münasibətlərdə yeni qərarlar almağın, əlaqələri gücləndirməkdə olduqca faydalı olduğunu bildirmişdir. Qadinklubu.com həmin məlumatı diqqətinizə çatdırır.

Hörmət münasibətdə uyğunluq və tarazlığı   aşılayacaqdır. Cütlüklər bir-birinin dünyasını yaxından maraqlanıb, tanımağa çalışmalıdırlar. Bir-birinin həyata baxışı, hədəfləri, arzuları, habelə qorxuları, narahatlıqları haqqında məlumatlı olmaq, münasibətlərini daha da möhkəmləndirəcəkdir. Qarşılıqlı sevgi və hörmət bütün çətinliklərin öhtəsindən birlikdə gəlmək üçün stimul olacaqdır. Keçmişdəki problemləri unutmağa çalışmaq lazımdır. Keçmişə baxsalar belə, keçmişdə yaşanmış problemdən əvvəl necə bir-birinə qarşı sevgi və hörmətlə yanaşdıqlarını xatırlayaraq, sabaha baxmalı və  daha da sevgilərinin möhkəmləsi üçün yeniliklər axtarmalıdırlar. Əgər dərinləşmiş problemlər varsa da, bu problemləri təkrar-təkrar müzakirə mövzusu etməkdənsə, həmin problemlərlə birlikdə yaşamağı öyrənməlidirlər. Uyğunlaşa bilmədikləri mövzularda ortaq məxrəcə gələrək, uyğun dillə danışmağa çalışmalı, ortaq düşüncəyə sahib olduqları mövzu ətrafında fikir mübadiləsi və dialoqlarını daha da artımalıdırlar. Bir-birini dəyişdirməkdənsə, olduqları kimi qəbul etməyə çalışmaq, aralarındakı mübahisələrin həllinə kömək olacaqdır. Cütlüklər hər mövzuda bir-birilə uyğun olmaya bilər. Əsas olan hər mövzuda bior-birinə hörmət, sevgi ilə yanaşmaq, sonsuz güvənərək problərin həlli istiqamətində səy göstərməkdir. Belə olan halda bir çox problemlərin həlli yollarını tapmış olacaqsınız.

Buna da baxın

Sevgilinizə ala biləcəyiniz 5 yeni il hədiyyəsi

Whatsapp ilə Paylaş Yeni il yaxınlaşır. Sevgilinizə hədiyyə almaq üçün tələsir, amma nə alacağınızı bilmirsinizsə, …