Əsas səhifə / Manşet / Yeni ildə düzgün qidalanın
Bizi mobildən daha sürətli  izləyin

Yeni ildə düzgün qidalanın

pehriz

Dietoloq və motivator Gizem Şeberin qidalanmaq üçün məsləhətlərindən sonra 2016-cı ili sağlam qidalanma ili elan edə bilərsiniz. Qadınklubu.com olaraq, həmin tövsiyələri təqdim edirik.

İşə mətbəxdən başlayın.

Qida rejiminizi dəyişdirməyin yolu mətbəxdən keçir. Tavalardan istifadə etməyin. Mətbəxə fit çalan qazan və qızartma yeməklər hazırlamaq üçün manqal alın. Soyuducuda və ərzaq dolabında tərkibində şəkər və yağ olan qidaları azaldın.

 Ətdən az istifadə

Dünya Sağlamlıq Təşkilatı gündə 50 qr təkibində ət (qızartma ət, tərkibində ət olan məhsullar-kolbasa, sosiska) olan qidalar qəbul etdiyimiz zaman yoğun bağırsağda xərçəng riskini artırdığını deyir.  Yeni ildən etibarən gün ərzində kolbasa və sosiskalardan istiafdəni 50 qramdan az etmək məsləhətdir.

Daha çox balıq

Protein mənbəyi olan, həmçinin omeqa 3 ilə zəngin olan ilin ən yaxşı ərzağı balıqdır. Ürəyə təsirindən əlavə, artıq çəkidən azad olmağa olan təsiri də balığın orqanizmə olan faydasını isbat etmiş olur. Balıq sağlamlıq üçün çox faydalı olsa da, tərkibində az da olsa civə olan balıq yemək daha vacibdir. Buna görə də təkcə bir növ balıq deyil müxtəlif balıq əti ilə qidalanmaq lazımdır. Sərt qabıqlı dəniz məhsulları və ömrü uzun olan böyük balıqların tərkibində civə daha çoxdur.

Hər gün 1 tünd yaşıl, bir narıncı tərəvəz

Tünd yaşıl bitki və tərəvəzlər, ürək  üçün də vacib olan B9 vitamini ilə zəngindir. Qırmızı, narıncı tərəvəzlərin tərkibində tərkibində isə antioksidan, beta karoten və likopen var.

 Həftədə bir dəfə vegeterian olun

Kanada Sağlamlıq Təşkilatından bildir ilir ki,  həftədə bir dəfə tərkibində ət olan qida məhsulları ilə deyil, bitkilərdə olan protein ilə: paxlava, qreçka, yer fıstığı, tofa (soya südünün laxtalanması) kimi qidalarla qidalanmaq sağlamlığa xeyirdir. Bu rejim ürək və sinir sitemi üçün də faydalıdır.

Yemək yemək istədikdə 5 dəqiqə meditasiya edin.

Ac deyilsiniz, amma nəsə yemək istədiyiniz halların çoxu əhval-ruhiyyə ilə bağlı olduğuna görə, həmin vaxt hiss etdiklərinizə diqqətiniz verərək, 5 dəqiqəlik bir meditasiya ilə də iştahanızı azalda bilərsiniz.

İdman etmək üçün motivasiya etmək

Davamlı idman etməyi vərdiş halına gətirmək, ən çox çətinlik çəkdiyimiz mövzulardan biridir. Özünüzü idman etməyə həvəsləndirməkdə çətinlik çəkirsinizsə, kollektivlərə qoşularaq, həm də yeni  dostlar qazan bilərsiniz.

Vərdişlərinizin siyahısını hazırlayın.

İnsanın eyni zamanda ən çox üç vərdişini etdiyi və onu dəyişdirə bildiyi məlumdur. Bu il bir gündə hər şeyi dəyişdirmək yerinə pis vərdişlərinizi siyahıya alıb, bir-bir düzəldin.

İçkidən gələn kalorini azaldın.

Gün ərzində qəbul etdiyiniz içkilərdən gələn kalorinin miqdarı 300-dür. Həyatınızda sadəcə bunu dəyişdirmək 3 həftədə təxmini 1 kq artıq çəkidən xilas olamağınız deməkdir. Şəkərli içkiləri həyatınızdan çıxarın və qəhvələrə krem əlavə etməyin.

Buna da baxın

7 günə 2 kq arıqladan badımcan diyeti

Whatsapp ilə Paylaş Xüsusən yay aylarında süfrələrimizdən əskik olmayan badımcan ləziz bir təam olmaqla yanaşı, …