Əsas səhifə / Əsas menu / Ailə / Yeni ildə evinizdə fərqlilik yaradacaq 4 addım
Bizi mobildən daha sürətli  izləyin

Yeni ildə evinizdə fərqlilik yaradacaq 4 addım

Christmas fireplace

Qısa müddət də olsa bizə yeni il həyəcanını yaşadan bayramda dekorasiyalar ilə evimizdə kiçik dəyişikliklər edə bilərik.

Hər il eyni aurada bizi qarşılayan evimizi yeni ilin gəlişi münasibəti ilə bir az fərqli etmək heç də pis deyil. Hər kəs sadəcə bir neçə günlük evini bəzəyir, siz isə qalıcı olan digər dekorasiya, aksessuarlar seçərək bir neçə gün əvvəldən işə başlaya və yeni il girdikdən sonra da o abu-havanı evinizdə saxlaya bilərsiniz.

“Yeni ilə necə keçirsəniz, bütün il elə keçər”,- deyirlər. Hamımız bu inanca az da olsa inanırıq. Buna görə də daha çox yeni ili  sevinclə qarşılayırıq. Əgər yeni ili evimizdə və sevdiklərimizlə keçirəcəyiksə xüsusi masa hazırlayıb, evimizi bəzəyərik. Şübhəsiz ki, işin ən əyləncəli tərəfi yeni ildə evi bəzəməkdir. Böyükdən kiçiyə  həyəcanla o gecəni gözəl keçirmək üçün dekorasiyalar fikirləşir.

Siz də 2016-cı ilə fərqli bir hava ilə girmək istəyirsinizə, qadinklubu.com olaraq sizə məsləhətlərimiz var. Beləliklə, yeni ildə eviniz fərqli bir hava qatacaq 4 dekorasiyanı təqdim edirik:

qoza

Bu il sizə dəbdə olan dekoraiyalardan uzaqlaşmağınızı və fərqillik yaratmağınızı tövsiyə edirik. Hər kəsin istifadə etdiyi yeni il akssesuarlarını rəflərdən götürün. Tünd qırmızı və yaşıldan uzaq, daha isti və zövq alacağınız dekorasiya istifadə edin.

Yeni ilin simvolarından biri də qardır. Bu simvol hər il istifadə olunur. Siz fərqlilik etmək istəyirsinizsə, ev dekorasiyasında sizə qışı xatırladan başqa bir simvol istifadə edin. Məsələn qozalar. Adi süni akesessuarlar düzmək yerinə, bir ipdə sıraya düzülmüş qozalarla fərqlilik yaradacaq.

Yeni il ağacları ilə artıq hər yerdə rastlaşırıq. Əlbəttə ki, yeni il axşamlarında ən vacib aksessuarlardan biri ağaclardır. Ancaq hər il yolka bəzəmisinizsə və bu il dekorasiyanızda bir fərqlilik yaratmaq istəyirinizsə, ağaca oxşayan simvolu və ya əşyalarınızı bəzəməyi sınayın. Məsələn divarlarınızda dekorativ rəfləriniz varsa, onları ağac kimi istifadə edin və işıqlarla bəzəkləri yerləşdirin.

Qırmızı yeni ilin rəngidir. Çox istifadə etmək əvəzinə kiçik detallarla qırmızı rənginə yer vermək daha rahat aura yaratmağınıza kömək olacaq. Məsələn televizora baxarkən büründüyünüz qırmızı adyal ya şal evinizə rəng qatacaq. Və yaxudda yeni il üçün evinizdəki şamları və vazları qırmızı əl işi olan güllərlə bəzəyə bilərsiniz.

qirmizi guller

Buna da baxın

Maddələr mübadiləsini sürətləndirən çay

Whatsapp ilə Paylaş  Kosmetoloq, mütəxəssis Pervin Bulgak bədəni yağlardan təmizləyən çayların reseptini hazırlayıb. Qadinklubu.com maddələr …