Əsas səhifə / Manşet / Yeni ilinizi darçınlı şamlarla işıqlandırın
Bizi mobildən daha sürətli  izləyin

Yeni ilinizi darçınlı şamlarla işıqlandırın

yeni ilinizi darçınlı şamlarla işıqlandırın3

Yeni ili evdə qeyd edənlər üçün bir sıra evi bəzəmək üçün dekorlar vardır. Kimisi bu dekorları hazır alır, kimisi də evdə uşaqları ilə birlikdə hazırlayaraq, birlikdə həyacanı hiss etməyi  və əldə etdiklərinin bəxş etdiyi xoşbəxtlik duyğusunu yaşamaqı daha  üstün tutur. Əgər siz də yeni ildə bayram dekorlarınızı özünüz hazırlamaq istəyirsinizsə, qadinklubu.com sizə mükəmməl bir ideya təklif edir. Evdə darçınlı şam hazırlamaqla gözəl bir dekor əldə edə biləcəksiniz.

Ləvazimatlar:

İstədiyiniz qədər şam

Şamı qoymaq üçün istənilə ölçüdə stəkan

Çubuq darçın

Bağlamaq için ip ya da lent

Hazırlanması:

Şamları seçərək uyğun stəkanlara yerləşdirin Daha sonra çubuq darçınları stəkanın ətrafına toplayın. Darçınların  dağılmaması üçün bir şamı əridərək, darçının arxasına vurub stəkana yapışdırın.  Şamı yapışqanla da əvəz edə bilərsiniz. Daha sonra istədiyiniz bəzəkli lent və ya iplə bağlayın. Şam əridikcə sevdiyiniz darçın qoxusu da ətrafa yayılacaq. Olduqca xoş bir təəssürat yaradacaq bu əl işini siz də sınayın.

Buna da baxın

Yeni ildə evinizdə fərqlilik yaradacaq 4 addım

Whatsapp ilə Paylaş Qısa müddət də olsa bizə yeni il həyəcanını yaşadan bayramda dekorasiyalar ilə …