Əsas səhifə / Əsas menu / Dəb / Yırtıq cinslərinizi özünüz hazırlayın
Bizi mobildən daha sürətli  izləyin

Yırtıq cinslərinizi özünüz hazırlayın

iceri

Yırtıq cinslərinizi özünüz hazırlayın

Modası keçmiş şalvarlarınızı günümüzün modasına uyğunlaşdırmaq istəyərdiniz?

Elə isə aşağıdakı ardıcıllığa diqqət edin:

Cins şalvarınızı seçin :

Skinny, boyfriend, mavi, qara fərq eləməz seçim sizindir!

Vəsaitlərinizi hazırlayın:

Əgər cins şalvarınızda daha gözəl yırtıqlar əldə etmək istəyirsinizsə onu sürtməlisiniz . Bunun üçün ehtiyacınız olanlar;sumbata kağızı, polad tel, və dabandaşı. Yırtıqlar üçün yaxşı kəsən kiçik bir qayçı və maket bıçağı kifayətdir. Şalvarın qarşısını kəsərkən arxa qisiminə ziyan verməmək üçün arasına karton kağızı qoyun. Bu kiçik köməkçi sizin həyatınızı qurtaracaq.

Şalvarınızı işarələyin:

Haranı yırtmaq istəyirsinizsə oranı bir qələm, təbaşir və ya iynə köməyi ilə işarələyin.

Sürtməyə başlayın:

İşarələnən qisimlərin arasına karton kağızını qoyaraq polad tel ya da dabandaşı ilə ovalamağa başlayın. Cins parça incələnənə qədər davam edin. Əgər diz və omba bölgəsinə etmək istəyirsinizsə, sumbata kağızını zəminə yapışdırıb və bu qisimləri kağızla sürtün.

Yırtıqları yaradın:

İncəltdiyiniz qisimləri qayçı və ya maket bıçağı köməyi ilə üfüqi olaraq kəsməyə başlayın. Əgər böyük cırıqlar istəmirsinizsə,cinsin səthində yaranan ağ ipləri görənə qədər cızıq atın. Son olaraq kənarlardan bir maqqaş köməyiylə istədiyiniz qədər ip çıxarın.


Buna da baxın

Stil sahibi olmaq üçün 5 qayda

Whatsapp ilə Paylaş Özünüzə yaraşan rəngləri seçin Hər kəsə yaraşan rənglər var və bu rənglər …