Əsas səhifə / Əsas menu / Sağlamlıq / Yodun sağlamlıq və gözəlliyə təsiri
Bizi mobildən daha sürətli  izləyin

Yodun sağlamlıq və gözəlliyə təsiri

b_400_280_16777215_0___images_stories_QADINSAGLAMLIGI_yod-defisiti

Yodun sağlamlıq və gözəlliyə təsiri

Yod – orqanizmdə baş verən prosseslərin mübadiləsində iştirak edən çox vacib mikroelementdir.
Bəs bu mikroelemen çatışmadıqda xarici görünüş və orqanizmin sağlığına necə təsir edir?

Yodun vacibliyi

Qalxanvari vəzi üçün çox önəmli olan bu mikroelement onun lazımı hormonları istehsal etməsi üçün zəruridir. Onlar isə öz növbəsində həyatı funksiyaları kontrol edirlər. Çox hallarda, hamiləliyin və uşağın bətndaxili inkişafı, qadın orqanizmində yodun miqdarından asılı olur. Təbii ki, yodun xarici gözəliyyə də təsiri az deyil. Orqanizmə yod çatışmadıqda iştahın çox olması, artıq çəki, dərinin iltibahi xəstəlikləri, saç və dırnaqların zəifləməsi, diş və damaqların xəstəlikləri kimi proseslər baş verir.
Yəqin ki, hamımız, yay yalarında dəniz kənarında keçirtdiyimiz məzuniyyətdən sonra dərimizin necə təmiz və təravətli olduğunu müşahidə etmişik. Mikroelementlərlə zəngin olan və təbii ki tərkibində yod olan dəniz suyu dərini hamar və elastik edir. Dırnaqlarınız zəif olduqda kosmetoloqlar dırnaq üçün boya və gellərdən imtina etmənizi məsləhət görürlər. Dəniz suyu onları bir neçə gün ərzində möhkəmlik verəcəkdir.

Yod həmçinin saçların gözəlliyində də az rol oynamır. Yod saçların tökülməsinin qarşısını alaraq, onlara möhkəmlik və parıltı verir. Bu isə onunla bağlıdır ki, yodun normal miqdarı ümumiyyətlə orqanizmdə və həmçinin baş dərisinin hüceyrələrində baş verən proseslərin mübadiləsinə təsir edir.Bunun nəticəsində saçlar daha çox qidalanaraq möhkəm və sağlıqlı olurlar.

Təəssüf ki, yod çatışmazlığı orqanizmdə yalnız dırnaqların zəifliyi və ya saçların solğunluğu kimi kosmetik əlamətlərlə müşahidə olunmur. İlk əlamətlərindən ən əsası qalxanvari vəzin dəyişikliyidir. Yod çatışmadıqda vəz böyüyərək öz ölçüsü sayəsində yod defisitliyini təmin etməyə çalışır. Tibb işçiləri bu halı “eutirioid zob” adlandırırlar. Özlüyündə təhlükəli olmayan bu xəstəliyi müalicə etmədikdə gələcəkdə ciddi problemələrə gətirə bildiyi məlumdur.

Yodu hansı məhsullarda axtaraq ?

Əsasən dəniz məhsulları, alma, gavalı, vişnə, pomidor, kök, çuğundur, süd və süd məhsulları yodla zəngin sayılırlar.
Bir məqamı da unutmayın ki, yod bədəndə yığılma xüsusiyyətinə malik deyil, o səbəbdən orqanizmi gündəlik olaraq yodla təmin etmək lazımdır.
Orqanizmi yodla təmin etməkdə diqqətli olmağı unutmayın, çünki onun defistiliyi ilə bərabər normadan artıq olması da eyni dərəcədə ziyanlıdır.

Sizə yoda olan gündəlik normanı təqdim edirik:
– südəmər körpələr ( ilk 12 ay) – 50 mikroqram (mkq)
– uşaqlar (1-6 yaş) – 90 mkq
– uşaqlar (7-12 yaş) – 120 mkq
– 12 yaşdan böyük adam üçün – 150 mkq
– hamilə və südverən analar – 200 mkq

Buna da baxın

Təbii sabunun faydaları

Whatsapp ilə Paylaş Gözəlliyinin qayğısına qalan xanımlar bilirlər ki, dəri üçün ən faydalı vasitələrdən biri …