Əsas səhifə / Manşet / Yoldaşımla mübahisə etmişəm. Nə etməliyəm?
Bizi mobildən daha sürətli  izləyin

Yoldaşımla mübahisə etmişəm. Nə etməliyəm?

esimle-tartistik-nasil-davranmaliyim

Sevgilinizlə və ya həyat yoldaşınızla aranızda olan mübahisə, münasibətinizdə məsafəyə, soyuqluğa səbəb olur.  Əslində tez-tez yaşanan bu mübahisələr çox da ciddi şeylərdən qaynaqlanmır və anlıq kaprizlər, düşünülmədən söylənən sözlər,  sonradan bərpa etməyi çətin olan vəziyyətlərə gətirib çıxardır.  Sosial araşdırmalar zamanı məlub olub ki, mübahisədən sonra peşman olan insanlar, necə hərəkət etməli olduqlarını bilmirlər.  Qadinklubu.com-un bu cür peşmanlıqlar yaşayan insanlara bir neçə məsləhəti var.

İlkin olaraq düşünməlisiniz ki, bu mübahisəni etmək nə qədər lazımlıdır. Bir-birinizə yalnız tərslik edib mübahisə yaşayırsınızsa, qərarınızı gözdən keçirir. Səbəbsiz yerə mübahisə edən cütlüklər bir müddət sonra bezib, ayrılıq qərarı alırlar.  Bəzən isə  mübahisələrdən müsbət nəticələr əldə etmək olar. Lakin təbii ki,  sərt mübahisələr etmədən doğru nəticələr əldə etmək daha gözəl olar.

Söyüş söymək cütlüklər arasındakı hörmətin itməsinə səbəb olur. Ağlınızdakı  şeyləri söyləməzdən əvvəl bir dəfə düşünün və gərəksiz yerə yoldaşınızın qəlbini qırmayın.  Əsəbləri gərgin olan insanlara isə mübahisədən əvvəl özlərini sakitləşdirməyə çalışıb, başqa işlərlə məşğul olub , fikrini yayındırmağı məsləhət görülür.

Əgər mübahisədən peşmansınızsa, yoldaşınızla barışmağa səy göstərin. Bu qayda kişilərə olduğu qədər qadınlara da aiddir. Lakin yoldaşınız sizinlə ünsiyyətə keçmək və mübahisəni  sonlandırmaq istəyirsə, onun bu səyinə olan hörmətinizi də göstərməli və ayrılığı uzatmamalısınız.

Gördüyünüz kimi bir müzakirənin ardından yaşanacaq problemlərdə hər iki tərəfin də məsuliyyəti var. Bir tərəfin düzgün bir addım atması, digərinin isə bunu qarşısındakını  alçaltmaq fürsəti olaraq görməməsi əsasdır.

Buna da baxın

Sonsuzluğunu aradan qaldıran 10 qayda

Whatsapp ilə PaylaşSonsuzluğunu aradan qaldıran 10 qayda Türkiyənin tanınmış ginekoloqu Hakan Çoksüer sonsuzluğu aradan qaldırmağın …