Əsas səhifə / Əsas menu / Sağlamlıq / Yorğunluğu aradan qaldırmaq üçün məsləhətlər
Bizi mobildən daha sürətli  izləyin

Yorğunluğu aradan qaldırmaq üçün məsləhətlər

yorr

Özünüzü halsız və yorğun hiss edirsiz? Görməli olduğunuz işləri görməyə enerjiniz yoxdu? Aşağıdakı 7 sadə təklif ilə özünüzü təravətləndirin və enerji səviyyənizi yeniləyin.

1. Hərəkət edin, sadə idman edin.

Sizə məntiqsiz gələ bilər, amma hərəkət və yaxud sadə idman etdikdən sonra, enerjiniz artacaq. Məsələn, hər səhər hamama getmədən öncə yüngül idman eləsəz, məsələn, oturub durmaq, ayaq üstə əlləriniz uclarıyla ayaq barmaqlarına toxunmaq, puş-ap (jım, otjimaniye) eləmək, pres işləmək, sizi ruhlandıracaq və gününüzü daha enerjili və mənalı keçməsinə təkan verəcək. Və yaxud, günortadan sonra, yorğunluq hiss edəndə, yüngül idman sizin əhval-ruhiyyəsini artıracaq və bədən “mühərrəkinizi” sürətləndirəcək. Və həm də təbii ki, bu sadə idmanlar sizə axşamlar rahat yatmağa kömək edəcək. Necə deyərlər, sağlam bədəndə sağlam ruh olar.

2. Bir az günəşə çıxın.

Əgər ofis işinə görə, təmiz havaya və günəşə çıxa bilmirsizsə, ara verin, 15 dəqiqəlik çölə çıxın, günəşə məruz qalın, bədəninizdə D vitaminini artırın, öz enerji ehtiyacınızı yeniləyin. Daha da yaxşısı, təmiz havada gəzin.

Yorğunluğu aradan qaldırmaq üçün məsləhətlər

3. Su için.

Yorğun olanda, düşünə bilərsiz ki, bədəniniz kofe içmək tələb edir. Amma, sizin bədəninizin suya ehtiyacı var. Susuz olmaq sizi daha da yorğun edir. Üzünüzə su vurun, ya da…

4. Enerjili qida qəbul edin.

Səhər yeməyini qaçırmayın, çoxu deyir ki, səhər yeməyi günün ən vacib yeməyidir. Və hər 3 və ya 4 saatdan bir qida qəbul edin. Amma təbii ki, çips kimi xeyirsiz qidalardan çalışın uzaq durun. Məsələn, meyvə yeyə bilərsiz.

5. Dərindən nəfəs alın.

Probleminiz olduqda, stresə məruz qaldığınızda 1-2 dəqiqə gözlərinizi bağlayıb, dərindən nəfəs alın (qarın nahiyyəsindən nəfəs). Burundan nəfəs alın, nəfəsi ağızdan verin. Düşünün ki, nəfəs alıb verdikdə, rahatlıq bədəninizə daxil olur, stres və problemlər isə bədəndən çıxır.

 

6. Biraz musiqiyə qulaq asın.

Əgər imkan varsa, sizə müsbət duyğular və enerji verən musiqilərə qulaq asın. Hətta imkan varsa, ayağa qalxıb, rəqs də edin. Bu fiziki məşğuliyyət sizin əhval-ruhiyyənizi daha da artıracaq.

7. Kağız parçasına probleminizi yazıb, bir qırağa atın.

Əgər sizi narahat edən bir problem varsa və bu an problemi həll etmək mümkün deyilsə, həmin problemi kağıza yazın (məsələn, vacib imtahanın nəticəsini gözləyirsiz), bu kağızı xırda parçalara parçalayın və onları yox edin. Beləliklə, bu dəqiqə həll edə bilməyəcəyiniz həmin problemi beyninizdən çıxardıb, əlinizdə olan digər işləri həll etməyə çalışarsınız.

Buna da baxın

Bu qidalar xoşbəxt edir!

Whatsapp ilə Paylaş Özünüzü yorğun, bitkin hiss edir və ən əsası xoşbəxt olmadığınızı düşünürsünüzsə, yediklərinizdə …