Əsas səhifə / Əsas menu / Yemək reseptləri / Şirniyyatlar / Yumşaq almalı peçenyelər – FOTORESEPT
Bizi mobildən daha sürətli  izləyin

Yumşaq almalı peçenyelər – FOTORESEPT

alma

Tərkibi:

55 q kərə yağı
1 yumurta
0,5 fincan şəkər tozu
0,5 fincan qəhvəyi şəkər tozu
1,5 st. un
3 x.q. xama
1 ç.q. qabartma tozu
1/4 ç.q. duz
1 iri alma
0,5 fincan kişmiş

Yumşaq kərə yağını şəkər tozu və yumurta ilə qabarınca çalın.

Un, duz, qabartma tozunu qarışdırın. Yağlı-yumurtalı qarışığa tədricən, xama ilə növbələyərək əlavə edin.
Almanın cecəsini çıxarın, 0,5 sm tərəfli kubik doğrayın.

Xəmirə almanı və kişmişi qatıb qaşıqla ehtiyatla qarışdırın.

Xəmirdən çay qaşığı ilə götürərək perqament döşənmiş siniyə aralı olmaqla düzün (bişəndə yayılır).

200 dərəcə qızdırılmış sobada 12-15 dəqiqə bişirin. Şəbəkənin üzərində soyudun.

Nuş olsun!

1

2

3

4

5

6

Buna da baxın

Almalı peçenye

Whatsapp ilə PaylaşTərkibi: Xəmir üçün: -1 ədəd yumurta -100 qr kərə yağı -Yarım su stəkanı …