Əsas səhifə / Əsas menu / Gözəllik / Yumurta ilə dəriyə qulluq
Bizi mobildən daha sürətli  izləyin

Yumurta ilə dəriyə qulluq

g

Tərkibində 50-dən çox zülal saxlayan bir qida olan yumurta bədənimizə faydalı olduğu kimi, xaricdən tətbiq olunduğunda da içərisindəki bu fərqli zülallar, kollagen və A vitamini dəri tərəfindən tamamilə sovrulduğu üçün yumurta ağı və sarısı ilə hazırladığınız maska dərimiz üçün çox faydalıdır.

Qadınklubu.com bu təbii dəri maskasının faydaları və istifadə qaydasını təqdim edir:

Üzünüzü möhkəmləşdirin

Üzünüzü və boynunuzu ilıq suyla yuyun. Bir ədəd yumurtanı çırparaq köpənə qədər çalın. Ağız və göz ətrafınız xaric bütün üzünüzə və boynunuza tətbiq edin. 15-20 dəqiqə gözlətdikdən sonra nəmli bir bezlə silin.

Sızanağa yumurtayla əlvida

Üzünüzü yuyub durulayın. Yumurta ağını köpürdüb 2 qaşıq limon suyu ilə çırpın. 1/2 qaşıq bal əlavə edin. Ağız və göz ətrafınız xaric üzünüzə tətbiq edib 10-15 dəqiqə gözlətdikdən sonra ilıq suyla yuyun.

Göz qapaqlarını qaldırın!

Göz qapaqlarınızı təmizləyib qurulayın. Bir yumurta sarısını köpənə qədər çırpın. Qırış olan bölgələrə sürtün və quruyana qədər gözlərinizi açmayın.

Göz altında nə şiş qalsın, nə də qırış

Gözlərinizin altını yaxşıca təmizləyib qurulayın. Yumurtanın içini çıxarıb diqqətlə pərdəsini soyun. Çıxardığınız pərdəni gözlərinizin altına tətbiq edin. Gözlərinizlə təmas etməməsinə diqqət edin. Göz altlarınızda gərilmə hiss edənə qədər gözləyin. İlıq su ilə yuyun.

Saçları təmizləyin!

1-2 yumurta sarısını qarışdırın, ½ əzilmiş avokado əlavə edib qarışdırın. Saçlarınıza tətbiq edib 30 dəqiqə gözləyin. Yumurtaların bişməməsi üçün soyuq suyla saçınızı şampunla yuyun.

Buna da baxın

Boyundakı qırışlara qarşı maska

Whatsapp ilə Paylaş Boyun və dekolte nahiyyəsi üz dərisindən daha həssasdır. Bu nahiyyədəki dəri daha …