Əsas səhifə / Manşet / Yumurtalıq xərçənginin əlamətləri
Bizi mobildən daha sürətli  izləyin

Yumurtalıq xərçənginin əlamətləri

yumurtaliq xərçəngi

Qasıq və ya qarın ağrısı

Yumurtalıqdakı şiş böyüdükcə qasıq və qarında ağrılara səbəb olur. Bu ağrılar həftələrlə keçməz. Əgər bu kimi ağrılar olarsa, mütləq həkim müayinəsindən keçməlisiniz.

Cinsi əlaqə zamanı ağrılar

Disparuni kimi bilinən cinsi əlaqə zamanı ağrıların müşahidə edilməsi yumurtalıq xərçənginin xəbərçisi ola bilər. Bəzən cinsi əlaqədən sonra vaginal qanamalar da müşahidə edilə bilər. Təbii ki, bu kimi qanaxmalar bəzən cinsi yolla yoluxulan xəstəliklərin də xəbərçisi ola bilər. Klimaks dövrü yaşayan qadınlarda yumurtalıq xərçəngi riski daha yüksəkdir.

Qarın şişməsi

Qarnınızın alt qismində rahatsızlıqların olması yumurtalıqdakı problemlərdən qaynaqlana bilər. Şiş, qaz, həzmsizlik, mədə bulanması kimi narahatlıqlar yumurtalıq xərçənginin ən geniş yayılmış əlamətlərindəndir.

Sidik saxlaya bilməmək

Sidik saxlamaq problemi, sidik ifrazı zamanı qanaxmalar yumurtalıq xərçənginin xəbərçisidir. Yumurtalıqdakı şişlər nəticəsində bu simptomlar meydana gələ bilər.

İştahsızlıq

Bir anda başlayan iştahsızlıq və az yemək yedikdən sonra toxluq hissinin yaraması xərçənglə yanaşı bir çox xəstəliklərin xəbərçisi ola bilər. Yumurtalıqdakı şiş böyüdükcə həzm sisteminin sürətini azaldır.

Vaginal dəyişiklik

Vaginal qanamalar, yaralar, pis qoxulu axıntı kimi problemləriniz varsa və klimak dövrünü keçdinizsə, çox böyük problemlə qarşı-qarşıyasınız deməkdir.

Bel ağrısı

Yumurtalıq xərçəngi olan qadınlarda bel ağrıları çox rastlanan narahatlıqdır. Şiş böyüdükcə ağrı artaraq belə qədər sirayət edər.

Nəfəs çatışmamazlığı

Xərçəng yayıldıqca nəfəs çatışmamazlığı, sinə ağrıları və nəfəs almaqda çətinliklər müşahidə edilir.

Bağırsaq problemi

Qəbizlik, həzmsizlik, eyni zamanda mədə bağırsaq problemləri yumurtalıq xərçənginin əlamətlərindəndir.

Daimi halsızlıq

Daimi olaraq özünüzü halsız hiss edirsinizsə, bu yumurtalıq xərçəngi ilə yanaşı bir çox xəstəliklərin xəbərçisi ola bilər. Xərçəng qırmızı qanın azalmasına səbəb olduğuna görə halsızlığa səbəb olur. İstirahət etdikdən sonra belə özünüzü yaxşı hiss etmirsinizsə, həkiminizə müraciət edin.

Buna da baxın

Qəbizliyi aradan qaldıran, arıqlamağa kömək edən faydalı qida

Whatsapp ilə Paylaş Arpa yarması çox faydalı deyitik məhsuldur. Arpa bir çox vitaminlər (A, B, …