Əsas səhifə / Manşet / Yumurtanı çörəyin içində bişirin
Bizi mobildən daha sürətli  izləyin

Yumurtanı çörəyin içində bişirin

oooooof

Səhər yeməyi üçün hazırlaya biləcəyiniz çörəkdə yumurta, həm dadı, həm görüntüsüylə sizləri məst edəcək.

Ləvazimatlar

3 ədəd kiçik ölçülü çörək ( istəyə görə çox da ola bilər)

3 ədəd yumurta

2 x.q. zeytun yağı

1 x.q kərə yağı

2 ədəd orta ölçülü yaşıl bibər

2 ədəd təzə soğan

rəndələnmiş holland pendiri

1/4 çay qaşığı duz

1/4 çay qaşığı istiot

Bişmə müddəti: 20 dədiqə

Çörəklərin içini çıxararkən, çalışın ki, altlarını deşməyəsiniz.

aaa

Hazırlanması

Yumru çörəklərin üstünü qapaq şəklində kəsin. Qaşıq köməyi ilə içini çıxardın. Yaşıl bibəri yarım ay şəklində kəsin. Təmizlənmiş təzə soğanı incə-incə doğrayın. Zeytun yağını və kərə yağını balaca bir qazanda qızdırın. Sırayla yaşıl bibər və soğanları vam xodda qızardın. Duz və istiot səpib ocaqdan götürün. Bu qarışımı bir qədər soyudub rəndələnmiş holland pendirini əlavə edin.

Hazırladığınız qarışımı çörəklərin içinə doldurun. İçlərinə 1 ədəd yumurta qırıb tökün. Əvvəlcədən 180 dərəcədə qızdırılmış sobada 20 dəqiqə, yumurtalar qatı hala gələnə kimi bişirin. Sobadan çıxardığınız yumurtalı çörəkləri incə doğranmış soğan və cəfəri ilə bəzəyərək süfrəyə verin.

Nuş olsun!

Qadinklubu.com

Buna da baxın

5 qaşıq dieti

Whatsapp ilə Paylaş Arıqlamaq üçün ilk əvvəl yediyimiz qidaların kalori dəyərinə, daha sonra miqdarına əhəmiyyət …