Əsas səhifə / Manşet / Yumurtasız şokoladlı piroq
Bizi mobildən daha sürətli  izləyin

Yumurtasız şokoladlı piroq

Tərkibi:

  • 210 qr un
  • 220 qr şəkər tozu
  • 200 qr xama
  • 70 qr kakao
  • 0.5 ç/qaşığı qida sodası
  • 0.25 ç/qaşığı duz
  • 1 ç/qaşığı qabartma tozu
  • 2 ç/qaşığı vanil
  • 120 qr duru yağ
  • 150 ml su

Qlazur üçün:

  • 100 qr şəkər tozu
  • 50 qr kərə yağı
  • 30 ml süd
  • 20 qr kakao
  • 0.5 ç/qaşığı vanil

Hazırlanması:

Una duz, soda, qabartma tozu, şəkər tozu, vanil və kakaonu əlavə edib qarışdırırıq. Duru yağa xamanı və suyu əlavə edib qarışdırrıq. Daha sonra hazırladığımız unun üzərinə əlavə edib qarışdırırıq.Siniyə yağlı kağız sərib, kənarlarını isə yağlayırıq. Qaşımı siniyə əlavəedərək, əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 50 dəqiqə bişiririk. 15 dəqiqə soyumasını gözlədikdən sonra sinidən çıxarın.

Qlazurun hazırlanması:

Şəkər tozuna kakao əlavə edib qarışdırıq. Üzərinə vanil, kərə yağı və süd əlavə edib ocaqda qarışdıraraq bişiririk. 0 dəqiqə gözlədikdən sonra qlazuru piroqun üzərinəçəkə bilərsiniz.

Nuş olsun!