Əsas səhifə / Manşet / Yun köynəklərinizin tiftiklənməsinin qarşısını alan üsullar
Bizi mobildən daha sürətli  izləyin

Yun köynəklərinizin tiftiklənməsinin qarşısını alan üsullar

Yun köynəklərinizin tiftiklənməsi problemini bu üsullarla əngəlləyin

Əgər yun köynəkləriniz  köhnəlmiş görünürsə, üstündə topa tüklər meydana gəlib tiftiklənibsə, kədərlənməyin.  Qadinklubu.com sizə bir sıra praktik üsullar təqdim edir, hansı ki, bu qaydalarla köynəkləriniz ilk günki kimi görünəcək.

Tiftiklənən Yun koftalar.

Əvvəlcə əlinizlə üstündəki o topa tükləri təmizləyin. Sonra tük bir fırçayla toxunuşun əksinə fırçalayın.Yun kofta təmizləndikcə bunu təkrarlayın. Koftanızı yeni alınmış kimi olduğunu görəcəksiniz!

Köynəyini  köynəyi düz bir səth üzərinə qoyaraq ülgüclə təraş edin.

Yeni aldığınız yun koftalarınızın tiftiklənməməsi üçün bir neylon torbaya qoyaraq 24 saat soyuducunun buzluğunda gözlədin. Beləliklə, tiftiklənmənin qarşısı alınacaq.

Məxmər Geyimlər.

Məxmər geyimizə hansısa bir ləkə düşübsə, bunu duzla təmizləyə bilərsiniz. Təmiz bir fırçanı təmiz və quru bir duza batıraraq ləkənin üzərinə  qüvvətlə sürtün. Ləkələrin yox olması ilə yanaşı həm də, istifadə müddətindən asılı olaraq, yaranan parlaqlıq itəcəkdir. Eyni zamanda parıltı yaranmış məxmər şalvarlar ütü bezini sirkəli su iləisladıb, sonra üzərindən ütüləyərək də əvvəlki vəziyyətinə qaytarmaq mümkündür.

Parıldayan Parçalar.

Ətək və şalvarlarınızda parlaqlıqlar meydana gəlirsə, bu hissələri yeni kəsilmiş bir kartofla yaxşıca ovuşdurmaq lazımdır. Quruduqdan sonraisə təmiz fırça ilə  fırçalayın.

Ütüləmək.

Ütüləyərkən, ütüləyəcəyiniz köynək, ətək kimi geyimlərin altına, dəsmal, pərdə kimi geniş əşyalar qoysanız, ikisi birdən eyni anda ütülənəcəkdir. Vaxtınızdan səmərəli istifadə etmiş olacaqsınız. 

Saralan Geyimlər.

Saralmağa başlayan ağ geyimlərinizi bir qaşıq oksigenli su qatdığınız 1 litr ilıq suda 1 saat gözlədin.

Yun geyimləri yumağın sirrləri.

İstər yun, istər sintetik ipliklə toxunmuş olsun, hər hörgüdə ortaq bəzi qanunlar vardır:
-Hər zaman üçün, sadəcə ilıq su istifadə edin, durulamada belə. Durulamada tez-tez dəyişdirərək bol su istifadə edin.
-Geyimləri sabunlu suya salın və çox ovuşturmadan nazik bir şəkildə yuyun.
-Toxunma geyimləri əsla tez-tez yumayın.
-Yaş toxunma geyimlərinizi sıxmayın, quru bir dəsmalın üzərinə sərib, üzərinə də ikinci bir dəsmal qoyun və dəsmalın üstünə basaraq artıq suyu çıxardın. Sonra geyimlərinizi isti qaynaqlardan uzaq bir yerə qurudun.

Toxunma paltarları ütüləyərkən.

Ən yaxşı ütüləmə metodu geyimin altına nəmli, üzərinə isə  quru bir bez qoymaqdır. Quru bezin üzərindən çox basmadan ütüləyin. İsti ütüyü əsla yunun üzərinə birbaşa qoymayın.Yun paltarları hər zaman tərs tərəfindən ütüləyin.