Bizi mobildən daha sürətli  izləyin

Yuxalı Pizza

piii

Yuxalı Pizza

Vəsaitlər:

3 ədəd yuxa
2 şorba qaşığı tomat pastası
4 şorba qaşığı zeytun yağı
1 şorba qaşığı kəklik
1 şorba qaşığı kərə yağı
2 çay stəkanı süd
1 ədəd holland pendiri
7-8 dilim sosiska
7-8 dilim kolbasa
1 çay qaşığı toz şəkər
Duz, qara bibər

Hazırlanması:

Yuxaları bütün olaraq üst-üstə sərin. Yuxaları bir ucundan başlayaraq rulo şəklində sarıyın. Sarıdığınız rulonun iki ucunu birləşdirin. Rulo etdiyiniz yuxanı 1 barmaq qalınlığında nazik zolaqlar halında kəsin. Kəsdiyiniz zolaqları əlinizlə didin və yağlanmış nimçəyə yerləşdirin. Bir qabın içində zeytun yağı, tomat pastası, duz, kəklikotu, süd, toz şəkər və qara bibəri qarışdırıb, yuxaların üzərinə tökün. Ən üstə incə incə doğradığınız sosiska, holland pendirindən səpin. Əvvəlcədən isidilmiş 200 dərəcə sobada 10-15 dəqiqə bişirin.

Nuş Olsun!


Buna da baxın

Pizza-Pirojna

Whatsapp ilə Paylaş Ərzaqlar Şəkərli peçenye xəmiri 250 qram mikserlə çalınmış yağsız pendir Stəkanın üçdə …