Əsas səhifə / Manşet / Yuxusuzluq problemi yaşayanlar üçün
Bizi mobildən daha sürətli  izləyin

Yuxusuzluq problemi yaşayanlar üçün

h

Yuxusuzluq nəinki gecə narahatlıq yaradır, eyni zamanda gün ərzindəki fəaliyyətə də öz təsirini göstərməkdədir.

Bəzən yuxusuzluğa fikirli olmaq və ya yuxu rejimin pozulması ilə özümüz də səbəb ola bilirik. Yuxusuzluq probleminiz varsa, Qadınklubu.com-un tərtib etdiyi məlumat ilə bu probleminizin həllini tapa bilərsiniz.

Düşünün

Rahat bir mövqedə oturun, gözlərinizi bağlayın və 3-15 dəqiqə ərzində alıb-verdiyiniz nəfəsinizi sayın. Ağılınız başqa bir yerə gedəcək, nəfəsinizi təkrar başdan saymağa başlayın. Nepallı araşdırmaçılar, gündə yalnız bir neçə dəqiqə bu cür fikirləşməyiniz təzyiqinizi və nəbzinizi salacağını və daha yaxşı yuxulayacağınızı söyləyir.

Fikrinizi dağıdın

Yataq otağınızı yalnız yatmaq üçün istifadə etməniz lazım olduğunu eşitmiş ola bilərsiniz. Lakin oxumaq da yaxşıdır. Yataqda dönüb dayanmaq stress vericidir və bədənin adrenalin ifrazı daha gec yatmağınıza səbəb olur. Fikrinizi yaxşı bir kitabla dağıtdığınızda bədəninizin yorğunluğu ön plana çıxar.
Başqa bir variant də özünüzü hipnoz etməyinizdir. Məsələn, 50 dənə sərbəst atış etdiyinizi düşünün. Düşüncələri göz önündə canlandırmaq beyindəki yuxu mexanizmlərinin işinə köməkçi olur.

Musiqi dinləyin

Sakitləşdirici musiqi dinləmək sadəcə tez yatmağınızı deyil, həm də yuxunuzun uzunluğunu və dərinliyini də uzadır. Araşdırmaya görə aşağı templi musiqi təzyiq və nəbzinizi yavaşladaraq rahatlaçmağınızı təmin edir. Dalğa səslərini və ya sakitcə düşən yağış damlalarının səsini dinləmək də eyni təsiri göstərir.

Məşq edin

İşdən sonra idman salonuna getmək yuxunuza yaxşı təsir göstərəcək. İsveçrədə aparılan araşdırmalara görə, yataqdan 90 dəqiqə  əvvəl sıx bir məşq proqramını tamamlamış olmaq stress hormon səviyyəsini salaraq daha sürətli yuxuya getməyinizi təmin edir.

Saatdan uzaq olun

İşıqları söndürdükdən sonra gecənin ortasında oyansanız da, saata təkrar baxmayın. Əgər baxsanız nə qədər müddətdir yataqda olduğunuzu və qalxmağınıza nə qədər qaldığını düşünməyə başlayacaqsınız. İndi yatsam 5 saat 21 dəqiqə yatmış olacağam. Bu narahatlıq yaradır və yatmağınızı daha da uzadır. Saata baxma istəyinizi işıq verməyən bir saat istifadə edərək və ya saatı yataqdan tərs tərəfə çevirərək yox edin. Əgər telefonunuzu saat olaraq istifadə edirsinizsə, telefonu yataqdan kənara qoyun.

Siyahı tərtib edin

Əgər gün sonunda sabah edəcəklərinizi düşünürsünüzsə, bu sizin yatmağınıza mane olacaq. Çox narahat olduğunuz üçün beyniniz bütün məlumatları düşündüyündən yata bilməzsiniz. Ən yaxşısı səhər etməli olduğunuz işlərinizi bir kağız parçasına yazmaqdır. Bu beynizi nəzarətli olmasını təmin edər və daha tez yatmağınıza imkan yaradar.

Buna da baxın

Xalça seçimində bunlara diqqət edin

Whatsapp ilə Paylaş Xalçalar davamlı ayaq altında olduğundan yıpranma, çirklənmə kimi  problemlər ilə qarşı-qarşıyadır. Davamlı …