Əsas səhifə / Manşet / Zərif tortu
Bizi mobildən daha sürətli  izləyin

Zərif tortu

Tərkibi:

  • 140 qr un
  • 1 qr duz
  • 4 qr qabartma tozu
  • 0.5 qr soda
  • 140 qr şəkər tozu
  • 10 qr vanil
  • 90 qr su
  • 55 qr duru yağ
  • 4 yumurta sarısı
  • 4 yumurta ağı

Krem:

  • 650 qr 33-36%-li qaymaq
  • 4 qr kofe
  • 15 qr kakao
  • 70 qr şəkər pudrası
  • 60 qr qara şokolad

Hazırlanması:

Una şəkər tozunun yarısını, vanil, qabartma tozu, soda və duzu əlavə edib qarışdırın. Mərkəzi hissəsinə duru yağ, yumurta sarısını və suyu əlavə edin. Digər qabda yumurta ağını çırpın. Qarışdırmağı dayandırmadan şəkər tozunun qalan hissəsini az-az əlavə edin. İlk hazırladığımız unlu qarışımı mikserlə qarışdırın. Yumurta ağlarından hazırladığımız bezeni az-az əlavə edərək qarışdırmağa davam edin. Qarışımı yağlı kağız sərdiyiniz siniyə əlavə edin. Əvvəlcədən isidilmiş 160 dərəcəlik sobada 55 dəqiqə bişirin. Hazır olduqdan sonra tərsinə çevirərək 3 fincan üzərinə qoyaraq soyumasını gözləyin. Soyuduqdan sonra sinidən çıxarın. Eyni qayda ilə daha bir biskvit hazırlayın. Hər biskviti iki hissəyə bölün.

Kremin hazırlanması:

Kofeni bir-iki qaşıq qaymaqda həll olunana qədər qarışdırın. Qaymağı qatılaşana qədər mikserlə qarışdırın. Daha sonra kofeli qaymağı, kakaonu və şəkər pudrasını əlavə edərək qarışdırmağa davam edin. Servis qabına bir qədər krem çəkib üzərinə biskviti qoyun. Digər biskvitləri də kremləyərək üst-üstə düzün. Tortun üzərini və kənarlarını da kremləyin. Kartof soyanla şokoladı nazik uzunsov formada kəsin. Tortun üzərini artıq qalan kremlə bəzədikdən sonra kənarlarına şokolad səpin. 15 dəqiqə soyuducuda gözlətdikdən sonra servis edə bilərsiniz.

Nuş olsun!

Buna da baxın

Qarışqa yuvası

Whatsapp ilə PaylaşTərkibi: 500 qr un 250 qr kərə yağı 100 qr şəkər tozu 2 …