Əsas səhifə / Əsas menu / Gözəllik / Zeytun yağlı maska
Bizi mobildən daha sürətli  izləyin

Zeytun yağlı maska

zeytun ya]l; maska

Saçlarınızın daha tez uzanması və canlı görünməsi üçün təbii ki qulluqa ehtiyacı vardır. Saç kremləri, qidalandırıcı şampunlarla yanaşı həftədə ən az bir dəfə saçlarınıza maska tətbiq etməyi də unutmayın. Saçlarınızın təbii üsulla qidalanarsa, daha tez uzanmaqla yanaşı həm də canlılığını qoruyacaq. Hansı ki, bu tip maskalardan zeytun yağlı maskanı qadinklubu.com sizlərə təklif edir. Bu maska ilə daha canlı və sağlam saçlara sahib olacaqsınız.

Tərkibi:

2-4 yumurta

1 çay stəkanı zeytunyağı

3 xörək  qaşığı badam yağı

Hazırlanması və tətbiqi: Qısa saçlı olanlar 2, uzun saçlılar isə 4 yumurtanın ağıdan sarısını ayırın. Yumurtanın sarısı ilə zeytun yağını bir maddə halına gələnə kimi qarışdırın. Daha sonra badam yağını da əlavə edərək qarışdırmaqa davam edin. Hazırladığınız maskanı saçlarınızın dibindən başlayaraq, uclarına kimi saçlarınıza tətbiq edin. Bir qədər saç diblərinə masaj etdikdən sonra saçlarınızı dəsmalla bağlayıb ən az bir saat gözlədin. Daha sonra ilıq su ilə durulayın.  Nəmini itirmiş, qırılmış və yanmış saçlara bu maskanı həftədə 1 dəfə tətbiq edin.

 

Buna da baxın

Dırnaqlarınızdakı ayparalar hansı xəstəliklərdən xəbər verir?

Whatsapp ilə Paylaş Dırnaqlarınıza diqqət yetirin. Onların ətə birləşən hissəsindən bir qədər yuxarıda aypara yerləşir. …