Əsas səhifə / Əsas menu / Sağlamlıq / Zob xəstəliyi niyə yaranır, necə qurtulaq?
Bizi mobildən daha sürətli  izləyin

Zob xəstəliyi niyə yaranır, necə qurtulaq?

zob

Ölkəmizdə Tiroid-Qalxanabənzər vəzində hormon çatmamazlığı başqa ölkələrlə müqayisədə daha çox rastlanır.

Bu göstəricinin yüksək olmasının səbəblərindən biri coğrafiyamızdakı yod əksikliyi (topraq, su və qida məhsullarında yetərli yodun olmaması), ikincisi də qohum evliliklərinə bağlı anadangəlmə qüsurların çox olmasıdır.

İstanbul Universiteti, İstanbul Tıp Fakultesi, Endokrin və Metobolizma Xəstəlikləri bölümündən ixtisaslı, Türkiyə Endokrin və Metobolizma Dərnəyinin və Avropa Endokrin Cəmiyyətinin həqiqi üzvü, Boy və İnkişaf Geriliyi Mərkəzinin rəhbəri Endokrinoloq Dr. Günay Qasımova uşaqlarda və eləcə də böyüklərdə yod əksikliyinin yol açdığı sağlıq problemləri haqqında ATV.az vasitəsilə oxuculara bilgi verdi.

O bildirdi ki, yod mineralının böyük bir qismi tiroid, yəni qalxanabənzər vəzdə olur və vəzin normal çalışmasını təmin edir:

“Tiroid vəzi boynun ön qismində yer alan və tiroid hormonlarını sintez edən daxili sekressiya vəzisidir. Vücuddakı bütün hüceyrələr, tiroid hormonuna ehtiyac duyar. Tiroid hormonu vücuddakı bütün metabolizmanı düzənləyən beyinin inkişafını təmin edən ən önəmli hormondur. Ana bətnindən başlayaraq, körpəlik dönəmində və böyümə dövrünün tamamlanmasına, yəni yetkinlik dönəmi sonuna qədər böyümədə önəmli rol oynar. Bununla yanaşı, zehnin güclənməsini, enerji istifadəsini və kilo nəzarətini, beyin və sinir sisteminin normal çalışması kimi başlıca funksiyaları yerinə yetirir. Bu baxımdan, bu kimi funksiyaların yerinə yetirilməsi üçün orqanizmada yod önəmli vəzifə daşıyır. Yetərsiz və keyfiyyətsiz qidalanma nəticəsində orqanizmimizdə yod əksikliyi meydana gəlir və bu qalxanabənzər vəzin normal fəaliyyətini əngəlliyir. Nəticədə zob xəstəliyi: zəka geriliyi, inkişaf anormallıqları, sonsuzluq kimi problemlər yarada bilir. Yodun orqanizmdə normadan çox, yaxud az olması da təhlükəlidir. Nəticədə vəzin normal fəaliyyəti pozulur və insanlar eyni problemlərlə qarşılaşır. Dəridə allergik reaksiyalar və sivilcələr də meydana gələ bilər. İnkişaf etmiş orqanizmə tövsiyyə edilən günlük yod miqdarı ortalama 150 mq qədərdir. Bu miqdar, körpələrdə günlük təqribi 50 mq, 12 yaşa qədər uşaqlarda isə 100–120 mq/dır. 12 yaşın üzərindəki uşaqlarda yod ehtiyacı yetişgin insanların səviyyəsindədir”.

Həkimin sözlərinə görə, hamiləlikdə yoda daha çox ehtiyac duyulur:

“Bu səbəblə, hamiləlikdə və süd vermə dövründə 200 mq qədər yod almaq vacibdir. Yod əksikliyi olan bölgələrdə yaşayan hər kəs hipotiroid riski altındadır. Bu ana bətnindəki körpələrə, yeni doğulmuşlara, südəmərlərə və süd verən analara daha çox təsir göstərir. Yod əksikliyinin ana bətnindəki uşağa təsirləri, erkən və gec düşüklər, ölü doğum, natamam inkişaflı dölün doğumu, anadangəlmə quruluş anormallıqları, tiroidin (qalxanabənzər vəzin) çox az çalışması və tiroidin böyüməsi (guatr-zob) şəklində özünü göstərir. Yeni doğulmuş körpə də yod əksikliyi səbəbiylə guatr(zob) və hipotiroidizm təhlükəsi ilə qarşı-qarşıya qalır. Yenidoğulmuşlarda adətən hərəkət zəifliyi, səs qalınlığı, dil böyüklüyü, əmmə gücsüzlüyü və qəbizlik kimi şikayətlərlə qarşılaşır. Yaşca daha böyük olan uşaqlarda isə əqli və zehni gerilik, yaddaşsızlıq, şişmanlıq, boy və cinsi inkişafının ləngiməsi kimi hallar müşahidə olunur. Sırf bu səbəbdən boyu artmayan və ya hipotiroidə bağlı inkişaf geriliyi olan uşaqların, müalicəyə başladıqdan sonra böyümələri sürətlənir və artıq kilo almaları qısa zamanda azalır. Yetkin yaşlı xəstələrdə isə şikayətlər üşümə, təmbəllik, halsızlıq, yorğunluq, çalışmada istəksizlik, tez yorulma, yuxuya meyillilik və saç tökülməsi şəklində olur. Bunları aradan qaldırmaq üçün öncədən bilinən bir tiroid xəstəliyi olmayan uşaqlar, yetişkin insanlar və hamilə qadınlar yodlu duz istifadə etməlidirlər. Tiroid-guatr xəstəliyinə şübhəniz varsa, bunun üçün bir endokrinoloji-metabolizma uzmanına müraciyyət etməli və təyinata görə hansı duzun istifadəsinə qərar verilməlidir. Uşağın anadan aldığı südün tərkibindəki yod onun beyin inkişafı üçün çox önəmlidir. Yetərli yod ana südüylə alınmazsa, beyin inkişafı zəyifləyəcək. Bu səbəblə əmizdirən anaların yodlu duz yemələri və ya yod qəbulunu yetəri qədər diqqətdə saxlamaları lazımdır. Həmçinin yod olan vitamin komplekslərinin qəbulu məqsədəuyğundur. Düyünlü zob, hipertiroid (tiroid vəzi çox çalışanlar və ya zəhərli guatrı (zəhərli zob) olanlar), hipotiroidi (tiroid vəzi az çalışanlar) olan xəstələr özəlliklə yodsuz yeməlidirlər. Bu cür xəstələr yodlu duz yesələr, xəstəlikləri şiddətlənər. Yodlu duz qəbul edən, düyünlü zobu olan bir xəstədə, alınan yod, düyünün artıq çalışmasına səbəb olur və hipertiroid dediyimiz tiroid vəzin həddən artıq çalışmasına (tərləmə, çırpıntı, zəifləmə, əsəbilik, əllərdə titrəmə ilə özünü göstərir) səbəb olur. Qanında anti-TPO antikoru yüksək olan insanların yodlu duz qəbul etməsi tiroid vəzin az çalışmasına səbəb olmaqdadır. Bu cür xəstəliyi olanlar da özəlliklə yodsuz duz qəbul etməlidirlər. Yodsuz duz, supermarketlərdə və ya ərzaq dükanlarında satılmaqdadır. Bu duzların üzərində və ya etiketində yodsuz olduğu qeyd olunur. Duz alarkən buna diqqət etmək gərəklidir. Ailədə bir nəfər yodsuz duz yeyəcəksə, belə yeməklər duzsuz bişirilməli və hər kəs özünə uyğun duzdan istifadə etməlidir. Çünki inkişaf çağındakı uşaqlarla hamilə və süd verən qadınların yoda ehtiyacları var. Yodsuz duz yeməsi gərəkən tiroid xəstələri rentgen filmləri çəkilərkən istifadə olunan və içərisində yod olan dərmanlardan da təsirlənməkdədir. Koronar angiografiya və ya tomografiya çəkilərkən istifadə olunan dərmanlardan 3-5 gün sonra keçici tiroid yetməməzliyi ortaya çıxa bilər”.//atv.az

Buna da baxın

Niyə aclıq qəzəb doğurur? – Heyrətamiz elmi izahı

Whatsapp ilə Paylaş Siz də acanda qəzəblənirsiniz? Ac insanda əsəbilik, çılğınlıq, davakarlıq və hətta qəzəb …