Əsas səhifə / Manşet / Zövqünüzə uyğun şamı özünüz hazırlayın
Bizi mobildən daha sürətli  izləyin

Zövqünüzə uyğun şamı özünüz hazırlayın

zövqünüzə uyğun şamı özünüz hazırlayın

Şamlar qoxusu gözəlliyi ilə dekorasiyanın, süfrələrin əvəzedilməzidir. Bəzən müəyyən kreativ ideyalarımız olsa da həmin formada şamı tapmaq o qədər də asan olmur. Məcbur olaraq satışda olanlardan seçim etməli oluruq. Amma ideyalarınızı reallaşdırmaq vəfərqliliyinizi büruzə  vermək o qədər dəçətin deyil. Qadinklubu.com-un təqdim etdiyi şam hazırlamaq üsulu iləartıq istənilən forma, rəng və qoxuda şamı özünüz hazırlaya bilərsiniz.

Vəsaitlər:

Stearin
Parafin
Boya (pastel boya və ya şam boyası)
Saf pambıqlı ip ya da şam fitili
Şam vəya çiçəkətri (zövqə görə)

Hazırlanması: İlk öncə bir qabda parafin əridilir. Parafini əridərkən zəif oddan və ya saç qurudan istifadə edə bilərsiniz. Parafin yumşaldıqdan sonra stearini əlavə edib maddə mayə halına gələnə kimi qarışdırmağa davam edin.  İstənilən rəng (istənilən boya istifadə edə bilərsiniz) və qoxunu əlavə edərək ocaqdan götürün. Şamı forma vermək istədiyiniz qəlibin içinə ilk əvvəl fitili salıb, daha sonra maye şamı əlavə edin. Fitilin qəlibin mərkəzində qalmasına diqqət edin. Hazırladığınız şamı bir qədər otaq temperaturunda soyutduqdan sonra bir müddət soyuducuda dondurun. Daha sonra istifadə edə bilərsiniz.

zövqünüzə uyğun şamı özünüz hazırlayınlk zövqünüzə uyğun şamı özünüz hazırlayın36 zövqünüzə uyğun şamı özünüz hazırlayın' zövqünüzə uyğun şamı özünüz hazırlayın.p zövqünüzə uyğun şamı özünüz hazırlayın2