Əsas səhifə / Manşet / Zülal pəhrizi – ən effektli pəhriz
Bizi mobildən daha sürətli  izləyin

Zülal pəhrizi – ən effektli pəhriz

zülal pəhriziZülal pəhrizi ən effektli pəhriz sayılır. Bu pəhrizin əsas üstünlükləri arasında:

  • çəki tez azalır,

  • insan aclıqdan əziyyət çəkmir,

  • pəhrizdən sonra itirilmiş çəki qayıtmır,

  • piy kütləsi “əriyir”, əzələ kütləsi yığılır.

Zülal pəhrizinin effektliyinin sirrini izah edək:

  1. Bütün qəbul etdiyimiz qida əsasən yağlar, karbohidratlar və zülallardan ibarətdir. Artıq yağlar və karbohidratlar orqanizmdə piylərə çevrilir və yığılır, zülallar isə piylərə çevrilmir.

  2. Zülalların mənimsənilməsinə orqanizm daha çox enerji sərf edir.

  3. Zülalla zəngin olan qidalar daha tez toxluq hissi yaradır və insan özünü daha uzun müddət ərzində tox hiss edir.

  4. Pəhriz zamanı insan əziyyət çəkmir, ac qalmır. Bu səbəbdən pəhriz qurtardıqdan sonra insan yeməyin “üstünə atılmır” və bu da əldə olunmuş nəticəni saxlamağa imkan verir.

Züllallarla zəngin olan qidaların bir çoxu həmçinin yağlarla da zəngindir – yağlı ət, balıq, pendir və s. Bu səbəbdən pəhriz zamanı yağlılığı az olan məhsullar seçilir. Bu məhsullar arasında:

  • diyetik ət növləri (toyuq əti, dana əti, dovşan əti)

  • yağsız süd

  • yumurta ağı

  • yağsız balıq (tunes, forel, qorbuşa, treska, xek və s.)

  • yağsız pendir, kəsmik, bio-yoqurt.

Bundan pəhriz zamanı əlavə tərəvəzləri (kələm, soğan, xiyar, pomidor, gül kələmi, bibər və s.), paxlalıları (lobya, noxud, mərci), gün ərzində 1-2 tikə diyetik çörək, 1-2 turş alma və ya portağal, kivi yemək olar. Qidaların porsiyaları 150-200 qr təşkil edir.

Qidanı gündə 5 dəfə qəbul etmək, gün ərzində 1,5-1,8 l təmiz su içmək lazımdır.

Zülal pəhrizi 1-2 həftə ərzində saxlamaq olar.

Diqqət! Nəzərə almaq lazımdır ki, zülal pəhrizi yalnız cavan, sağlam və hərəkətli insanlar üçün nəzərdə tutulub. Böyrək xəstəlikləri, bəzi mədə-bağırsaq xəstəlikləri zamanı bu pəhrizdən istifadə etmək olmaz.

Pəhrizlə yanaşı mütləq idman və ya bədən tərbiyəsi ilə məşğul olmaq lazımdır.

mənbə/sağlamolun.az

Buna da baxın

Qarın və bel nahiyyəsindəki yağları əridən qarışım

Whatsapp ilə PaylaşYağ yandıran xolesterol salan təbii qarışıq ilə bel və qarın bölgəsindəki artıq yağlardan  xilas olacaq, qandakı …